Image Slider 2
Image Slider 1
Bakı Musiqi Akademiyası
Image Slider 3
4.jpg
5.jpg
6.jpg
previous arrowprevious arrow
next arrownext arrow
Shadow

 

Tarix və müasirlik

 



Azərbaycan Respublikası Prezidentinin Sərəncamları


FƏLSƏFƏ DOKTORU İMTAHANLARININ PROQRAMLARI

AZƏRBAYCANIN REGİONLARI ÜÇÜN MƏKTƏB-STUDİYANIN 2021-2022-ci TƏDRİS İLİNDƏ PULSUZ ONLAYN USTAD DƏRSLƏRİ


Cari ildə ikinci ixtisas olaraq, əlavə təhsil almaq istəyənlər qeyd olunan elektron ünvandan qeydiyyatdan keçə bilərlər!

Elan!

Müəllim və tələbələrin nəzərinə!


ORTA İXTİSAS MUSİQİ MƏKTƏB-STUDİYASINA MƏKTƏBƏQƏDƏR VƏ KİÇİK YAŞLI MƏKTƏBLİ UŞAQLARIN QƏBULU ÜÇÜN ÖDƏNİŞSİZ HAZIRLIQ KURSLARI TƏŞKİL EDİR

БАКИНСКАЯ МУЗЫКАЛЬНАЯ АКАДЕМИЯ ОРГАНИЗУЕТ БЕСПЛАТНЫЕ ПОДГОТОВИТЕЛЬНЫЕ КУРСЫ ДЛЯ ДЕТЕЙ ДОШКОЛЬНОГО И МЛАДШЕГО ШКОЛЬНОГО ВОЗРАСТА ДЛЯ ПОСТУПЛЕНИЯ В СРЕДНЮЮ СПЕЦИАЛЬНУЮ МУЗЫКАЛЬНУЮ ШКОЛУ-СТУДИЮ


Ali məktəb, musiqi kollecləri, incəsənət məktəbləri, VII və XI illik uşaq musiqi məktəblərinin müəllimləri üçün MÜƏLLİMLƏRİN İXTİSASARTIRMASI ÜZRƏ (ƏYANİ VƏ DİSTANT)
P R O Q R A M
təyin edilmişdir.

İxtisas imtahanının proqram tələbləri


Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası aşağıdakı kafedralarda vakant yerləri tutmaq üçün müsabiqə elan edir

2024-cü il 7-8 may tarixində Ü.Hacıbəyli adına BMA-ı Ümummilli lider Heydər Əliyevin ad gününə həsr olunmuş “İSLAM DÜNYASININ MƏDƏNİ İRSİNİN QORUNMASI” mövzusunda SABAH qrupları, bakalavr və magistr tələbələrin Beynəlxalq elmi-praktiki konfransını keçirir.


QARA QARAYEV adına VI RESPUBLİKA ELMİ-İFAÇILIQ MÜSABİQƏSİ

ABİTURİYENTLƏRİN VƏ YUXARI SİNİF (V,VI,VII,VIII,IX,X) ŞAGİRDLƏRİNİN NƏZƏRİNƏ!


Elm və Təhsil Nazirliyinin SABAH (bakalavriat) qruplarında 2023/2024–cü tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə vakant yerlər üçün professor-müəllim heyəti və mütəxəssislər saathesabı qaydada işə dəvət olunur!

29 dekabr 2023-cü il tarixindən etibarən beş həftə olmaqla, 2023-2024-cü il tədris ilinin payız semestr imtahan sessiyası təşkil olunur.


Rəfiqə Ehtiram qızı Quluzadə tərəfindən 6213.01 - “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Azərbaycan pianoçularının formalaşmasında XX əsr rus musiqisinin rolu” dissertasiya işinin elmi seminarı

Şanə Vüqar qızı Məmmədova tərəfindən 6213.01 - “Musiqi sənəti” ixtisasında sənətşünaslıq elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün təqdim edilən “Azərbaycan musiqi mədəniyyəti kontekstində bəstəkar Vasif Allahverdiyevin yaradıcılığı” dissertasiya işinin elmi seminarı


Sevinc Məzahir qızı Quliyevanın “Azərbaycan bəstəkarlarının fortepiano yaradıcılığında milli üslub xüsusiyyətləri (aşıq musiqisi əsasında)” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi

Leyla Təhməz qızı Zalıyevanın “Azərbaycan bəstəkarlarının opera əsərlərində xormeyster iş üslubu və xor səhnələrinin həlli yolları” mövzusunda 6213.01 – “Musiqi sənəti” ixtisasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasının müdafiəsi


"Azərbaycan cazı: tarix və müasirlik" mövzusunda dəyirmi masa
30 aprel 2024-cü il
Saat:13:00-15:00
Q.Qarayev adına Konfrans zalı

Qarabağın dirçəlişi – ekolayihələr

Müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri iştirak edəcəklər.


Təcrübə və karyera şöbəsinin təşkilatçılığı ilə 22 aprel-18 may 2024-cü il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Tədris olunan ixtisaslar üzrə (yuxarı sinif şagirdləri, abituriyent, ixtisasartırma, məsləhət və s.) açıq qapı və ustad dərsləri günləri keçiriləcəkdir.


 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası "Simli alətlər" kafedrasının baş müəllimi Mina Aslanovanın 25 aprel 2024-cü tarixində Violino ixtisası üzrə açıq dərsi.
Otağ №208, saat: 15:00


 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası Ixtisas-fortepiano kafedrasının professoru, Əməkdar müəllim Laləxanım Rzayevanın 23 aprel 2024-cü il tarixində “Ifaçılıq sənətinin tarixi” fənni üzrə “K.Debüssi-pianizm” mövzusunda AÇIQ DƏRSİ
BMA-nın SABAH sinfində 23 aprel Saat 16:40


25 noyabr 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmış "Təhsil Tələbə Krediti Fondu"nun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi üçün elektron müraciətlərin qəbuluna başlanılmışdır.


Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və "Mədəniyyət" kanalında təcrübə keçmək istəyən tələbələrin Bakı Musiqi Akademiyasının Tələbələrlə iş üzrə şöbəsinin mütəxəssisi İlahə Allahverdiyevaya müraciət etmələri xahiş olunur!


 

 

 

Bakı Musiqi Akademiyası

bir çox nailiyyətlər və qələbələr əldə edərək çətin yollar

keçmişdir:  milli musiqi mədəniyyətinin uğurlu inkişafına köməklik göstərmiş

və respublikadan uzaqlarda da rəğbət və hörmət qazanmışdır.

 

 

  • 1
  • 2

19 yanvar 2022-ci il

20 Yanvar  “Qürur və Qəhrəmanlıq”  

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasında onlayn rejimdə 20 Yanvar  Ümumxalq Hüzn Gününə həsr edilmiş anım tədbiri keçirilmişdir.

Qanlı 20 yanvar şəhidlərini yad edərək tədbiri giriş sözü ilə açan Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, bu günün Azərbaycan xalqının yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi həkk olunduğunu, şəhidlərimizin qanı ilə Dövlət müstəqilliyimizin bərpasının mövcudluğunu  bildirdi.

Qanlı 20 Yanvar hadisələrinin canlı şahidlərindən olan, o günlərin faciəsini əlində fotoaparatla yaddaşa həkk edən laboratoriyanın mərhum əməkdaşı Ariz Abduləliyevi yad edən Nuridə İsmayılzadə, məhz həmin tarixi kadrlardan hazırlanan videoçarxı nümayiş etdirdi.

Xalqımızın hər zaman yanında olan ziyalılardan söhbət açan Ü.Hacıbəyli adına BMA-nın elm və innovasiyalar üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə xüsusilə yanvar faciəsində Arif Məlikovun, Fərhad  Bədəlbəylinin, Bəxtiyar Vahabzadənin, Ramiz Quliyevin və başqalarının Vətənə, millətə olan sevgisini, qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatlarla çıxışlarını vurğuladı. 20 Yanvar faciəsinin ağrı-acısını əks etdirən  Arif  Məlikovun  “ Mən ittiham edirəm...” kitabını qeyd edən  Gülnaz Abdullazadə, kitabda bəstəkarın faciə ilə bağlı keçirdiyi iztirablarının, şəxsi müşahidələr və dəlillərin, siyasi və hərbi  orqanların saxtakarlıqlarını ifşa edən nadir sənədlərin verilməsini bildirdi.

Qanlı hadisələrdən 32 il ötməsinə baxmayaraq bu günə kimi ürək yanğısı ilə yada salan Azərbaycan Respublikasının Xalq Artisti, professor Ramiz Quliyev xatirələri ilə bölüşdü. Xalqın böyük şairi Bəxtiyar Vahabzadənin qələmə aldığı “Şəhidlər” poemasını “Zabul” muğamının sədaları altında, tarında səsləndirən ustad Ramiz Quliyev  xalqın dərdinin şeirlər vasitəsilə dilə gəlməsini söylədi.

Elmi tədqiqat laboratoriyasının elmi işçisi Nərminə Hüseynova tarixi faktlarla çıxış edərək, 1990-cı il 20 yanvar faciəsinin bütün xronoloji gedişatını, o dövrün siyasi abu-havasını,  qanlı hadisələri bir daha tədbir iştirakçılarının yaddaşında canlandırdı.  

Azərbaycan bəstəkarlarının yaradıcılığı daim xalqımızın tarixi keçmişindən qaynaqlanmış, müxtəlif dövrlərdə tarixi-qəhrəmani mövzunu əks etdirən, dövrün reallıqları ilə bağlı olan  dəyərli sənət əsərlərinin yaranmasını vurğulayan elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, bəstəkar Rüfət Ramazanov bildirdi ki, istər keçmiş zamanlarda, istərsə də, müasir dövrdə vətənpərvərlik mövzusunda yazılan əsərlərin mənəvi təsir gücü həmişə üstünlük təşkil etmiş və ruhlandırıcı xarakter daşımışdır. Cövdət Hacıyev “Şəhidlər”, Azər Rzayev “Bakı 90” simfoniyaları, Vasif Adıgözəlov “ Qəm karvanı”  və digər əsərlər hadisənin miqyasını musiqi dili ilə nəql edərək dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynamışdır.

Tədbirin sonunda qanlı 20 Yanvar şəhidləri dərin hörmət və ehtiramla yad edilərək anıldı.

 

Mehparə Rzayeva

elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi,

sənətşünaslıq üzrə fəlsəfə doktoru

Bakı Musiqi Akademiyasında məzun günü.

  • Elektron təhsil resursları

    Elektron təhsil resursları

    Bu dərs vəsaitlərinin əsas fərqləndirici xüsusiyyəti – Azərbaycan musiqi təhsili ənənələrinin, bu sahədə çalışan müəllimlərin və tələbələrin zəngin təcrübəsinin, ən yeni kompüter texnologiyaları ilə uzlaşdırılmasından ibarətdir...

    Daha ətraflı

  • Musiqiçilər gülür

  • Dostluq şarjları


Bu bölmə Azərbaycan musiqiçilərinin incə yumoruna həsr olunub. Parlaq hazırcavablıq, əyləncəli paradokslar, gülməli vəziyyətlər, həyatda baş verən maraqlı hadisələr - bütün bunlar burada xatirələr vasitəsilə öz əksini tapır, onlarla təmasda olan hər kəsə çoxlu şən dəqiqələr yaşadır.
Daha ətraflı

Musiqi anı

- Atacan, mənə baraban al!
- Oğlum, imkan ver dincəlim, işimdə barabansız da o qədər səs-küy var ki.
- Atacan, al! Mən barabanda ancaq sən yatandan sonra çalacağam.
Daha ətraflı