Nərimanbəyli Rauf Cəmil oğlu
Professor, Əməkdar İncəsənət xadimi
Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 16.04. 1929.
Təhsili: 1938-ci ildə Musiqi məktəbinin 3-cü sinfinə qəbul olunub. 1947-ci ildə onilliyi Səmərqənd şəhərində bitirib, sona risə Bakıya qayıdıb Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının hazırlıq şöbəsinə qəbul olub (skripka). 1954-cü ildə Konservatoriyanı əla diplomla qurtarıb.
Pedaqoji fəaliyyəti: Həmin vaxtdan etibarən Bakı Musiqi Akademiyasında işləyib əvvəl konsertmeyster sonra isə müəllim dosent vəzifəsində işləmişdir (1973). 1957-71-ci ildə İfaçılıq fakultəsinin dekanı seçilmişdir.1976-1994-cü illərdə kamera-ansamblı kafedrasının müdiri vəzifəsində işləmişdir. 1994-cü ildə professor adı almış və dekan vəzifəsinə seçilmişdir.1990-2016-cı ilərdə kamera-ansamblı kafedrasının müdiri vəzifəsində işləmişdir. 2008-ci ildə Əməkdar İncəsənət xadimi adı verilmişdir.
Elmi fəaliyyəti: Metodik işləri - Q.Qarayev “Skripkavə fortepiano üçün sonata”
“Kamera ansamblı” musiqi məktəbləri üçün proqram.(A.Sadıxov və T.Hacıyev)
“Kamera ansamblı” ansamblı qiyabi təhsil alanlar üçün proqram (B.Məmmədzadə)
Dəfələrlə tələbələrin konsert qruplarına başçılıq etmişdir. BMA-nın Veteran Şurasının sədridir.