• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    "Bəstəkarlıqda yeni istiqamətlər" ("New directions in composition")

    Axşamınız xeyir, hörmətli qrup üzvləri!

    Diqqətinizə çatdırmaq istəyirik ki, 18 dekabr 2020-ci il tarixində saat 17:00-da İsveçin Stokholm İncəsənət Universitetinin müəllimi, 2020-ci ildə İsveç İnstitutu tərəfindən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasında qonaq mühazirəçi kimi fəaliyyət göstərməsi üçün təqaüdə layiq görülən bəstəkar Anders Flodin tərəfindən Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin tələbələri üçün "Bəstəkarlıqda yeni istiqamətlər" ("New directions in composition") mövzusunda mühazirə keçiriləcəkdir.
    Mühazirə online olaraq Ms Teams platforması üzərindən təşkil ediləcəkdir.
    Növbəti aylarda BMA tələbələri üçün "Bəstəkarlıqda yeni istiqamətlər-2" ("New directions in composition-2") və “Sonologiya” (“Sonology”) mövzularında daha 2 müharizənin keçirilməsi nəzərdə tutulub.

    Zəhmət olmasa aşağıda MS Teams akkauntlarınızı qeyd edərdiniz.


    https://teams.microsoft.com/l/meetup-join/19%3ameeting_NmFjOThmMGUtZWJlNC00NDdjLTk0OWMtM2RhYjEyMGEzNjhi%40thread.v2/0?context=%7b%22Tid%22%3a%22e4098884-24fa-4d7c-b3e8-10543115bf1b%22%2c%22Oid%22%3a%221b51872c-55e1-45b0-9a11-ced345ef1193%22%7d