• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Ustadlıq dərsi keçəcəkdir

    Estoniya Musiqi və Teatr Akademiyasının audiovizual yaradıcısı və bəstəkarı Einike Leppik Erasmus proqramı çərçivəsində  Üzeyir Hacıbəyli adına Baki Musiqi Akademiyasında müasir bəstəkarlıq və elektroakustik dizayn mövzusunda 6 dekabr  saat 16:00-17:00, 7 dekabr saat 14:30-16:30,  8 dekabr saat 15:00, 9 dekabr saat 15:00-da ustadlıq dərsi keçəcəkdir.

     Ustad dərsin keçiriləcəyi otaq : "Azərbaycan Ənənəvi  Musiqi və Müasir Texnologiyalar Tədris Laboratoriyası".

                               

     Einike Leppik , audiovisual artist  and composer of the Estonian Academy of Music and Theater

    Will be holding master classes at the Baku Music Academy on modern composition and electroacoustic design within the Erasmus program 

    Room  : Azerbaijan Traditional Music and Modern Technologies Teaching Laboratory

     6 th December  16:00-17:00 

     7 th December  14:30-16:30 

     8 th December  15:00 

    9 th December  15:00