• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Laboratoriyalar

     

    “Azərbaycan şifahi ənənəvi professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi-tədqiqat laboratoriyası

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında üç elmi-tədqiqat laboratoriyası (ETL) fəaliyyət göstərir. 1N-li “Azərbaycan şifahi ənənəvi professional musiqinin və onun müasir istiqamətlərinin öyrənilməsi” elmi-tədqiqat laboratoriyası adlanır.

    Laboratoriyanın müdiri Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bakı Musiqi Akademiyasının elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə təyin edilmişdir.

    Ardını oxu...

     

    “Qədim  musiqi alətlərinin bərpası  və  təkmiləşdirilməsi” elmi  laboratoriyası

    “Qədim musiqi  alətlərinin bərpası və  təkmilləşdirilməsi” elmi  laboratoriyası  Azərbaycan Respublikasının  Xalq  Təhsil Nazirliyi  10 fevral  1992-ci il  98 saylı  əmirə  əsasən  Üzeyir Hacıbəyli  adına  Azərbaycan  Dövlət  Konservatoriyasının (indiki  BMA) nəzdində fəaliyyətə başlamışdir.  Laboratoriyanın yaradılmasında əsas məqsəd orta əsrlərdə Azərbaycanda  istifadə edilmiş, sonra  muxtəlif səbəblərdən tamamilə unudulmuş  bir  cox  qədim  musiqi alətlırini bərpa  edərək, yenidən həyatda  qaytarmaqdan ibarətdir.        

    Ardını oxu...