• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Sultanova Sevinc Vahib qızı

    Dosent

    Doğum yeri: Azərbaycan, Bakı şəh.

    Təhsili:   1974-cü ildə Bülbül adına Orta İxtisas musiqi məktəbinin fortepiano şöbəsinə daxil olmuşdur.  1985-ci ildə məktəbi fərqlənmə ilə bitirib. Həmin ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) fortepiano ixtisası üzrə professor Oqtay Abasquliyevin sinfinə daxil olub.

    Pedaqoji fəaliyyəti:   1990-cı ildə konservatoriyanı bitirib BMA-nın Orta İxtisas musiqi məktəb – studiyasında müəllim kimi işə başlayıb. 

    2000-ci ildən indiyə qədər BMA-da “İxtisas fortepiano” kafedrasında müəllim vəzifəsində çalışır.  2016-cı ildən dosent vəzifəsində işləyir.

    Elmi fəaliyyəti:    İşlədiyi illərdə bir sıra elmi-metodik işlər və məqalələr yazmışdır.

    Orta ixtisas musiqi məktəbləri üçün “Ritmika” fənni üzrə Proqram, “Feliks Mendelsonun Fortepiano üçün “Sözsüz mahnılar” silsiləsinin metodik təhlili” adlı metodik vəsait, “Müasir Azərbaycan bəstəkarlarının fortepiano əsərləri” adlı çoxcildli dərs vəsaiti (həmmüəllif Nərgiz Mansurova):  I hissə - kiçik formalı əsərlər (çap olunub), II hissə - sonatalar, III hissə - müxtəlif janrda yazılmış əsərlər (əmr № 398, 09. 04. 2015) və s. müəllifidir.