• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 mart 2019-cu il

    Ərəb musiqi mədəniyyəti günü. 

    29 mart 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına BMA -nın professoru Mina xanım Hacıyeva Akademiyanın tələbə və magistrları - Ofelya İsgəndərova, Ləman Rəhmətova, Aytac Qasımova, Fərid Əli, Səfərli Nərmin ilə birgə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin tədbirində iştirak ediblər.
    Azərbaycanda ilk ərəb mədəniyyət mərkəzi olan Misir Mədəniyyət Mərkəzi (1999-cu il) Ərəb mədəniyyətinin ölkəmizdə tanıdılmasında böyük rol oynamaqla yanaşı, Misirlə Azərbaycan arasında mədəni-elmi əməkdaşlıq işində canlı bir körpüdür. Bu baxımdan iki dost ölkənin mədəni ələqələrinin inkişaf etdirilməsi yolunda müxtəlif tədbirlərin həyata keçirilməsi zəruridir. Mart ayının 28-i Misir Mədəniyyəti və Təhsil Əlaqələri Mərkəzində “Ərəb musiqi mədəniyyəti günü”adlı olduqca maraqlı bir tədbir baş tutdu. Qeyd edək ki, bu tarix Ərəb Liqası, Misir Mədəniyyəti və Xarici İşlər Nazirliyi tərəfindən təsis olunub. Bundan sonra hər il 28 mart tarixi “Ərəb Musiqi Günü” kimi qeyd ediləcək.
    “Ərəb Musiqi Günündə” Misirin qədim tarixi, mədəniyyəti, musiqisi, Misirin görkəmli musiqi xadimləri, sənətkarları haqqında maraqlı məlumat verildi. Tədbirdə Fələstin səfiri cənab Nasir Abdelkarim də öz çıxışında Misirin ərəb ölkələrinin lideri olmasından, qədim tarixi qədər musiqisinin də çox qədim dövrlərə - eramızdan 2500 il bundan əvvələ təsadüf etməsindən, ərəb musiqisinin zənginliyindən, qədim musiqi alətlərindən məlumat verərək, müxtəlif ölkələrin musiqisinə təsir etməsindən, eyni zamanda başqa ölkələrin musiqisindən də bəhrələndiyini qeyd edir. Tədbirdə çoxsaylı qonaqlar, müxtəlif ərəb ölkələri səfirliklərinin nümayəndələri iştirak edirdilər.
    Sonda Misir Ərəb Respublikasının ölkəmizdə mədəniyyət günlərinin keçirilməsi iki dost ölkə arasında mədəni əlaqələrin müvəffəqiyyətlə inkişaf etdirilməsinə olduqca müsbət təsir etdiyi qeyd olundu.