• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 aprel 2019-cu il

    30 aprel 2019-ci il tarixində Böyük Britaniyanın Oksford Universitetinin professorları David Kerr və Nicholas B La Thangue Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olaraq BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəyli və BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova ilə görüşüblər.

    Görüş zamanı Azərbaycan və Böyük Britaniya arasında mədəni əməkdaşlıq, musiqi təhsilinin inkişafı, müəllim-tələbə mübadiləsinin artırılması və ali musiqi təhsil ocaqları arasında daha sıx əlaqələrin yaradılması kimi məsələlər müzakirə edilib. Həmçinin, iki ölkənin tarixi inkişafı, musiqi mədəniyyəti haqqında müxtəlif məsələlər ilə bağlı söhbət aparılıb.
    BMA-nın rektoru, SSRİ və Azərbaycanın xalq artisti, professor Fərhad Bədəlbəylinin, BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundovanın və BMA-nın fortepiano fakültəsinin tələbəsi Ceyhun Əzizovun ifaları səslənmişdir.
    Oksford Universitetinin professorları David Kerr və Nicholas B La Thangueun BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli ilə görüşü xoş təəssüratlar, qarşılıqlı təqdim edilmiş hədiyyələr və birlikdə çəkilmiş xatirə şəkli ilə başa çatıb.