• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Diqqət!

     

    WIPO (World Intellectual Property Organization) – Ümumdünya Əqli Mülkiyyət Təşkilatı  tərəfindən pulsuz təşkil edilən online kurslara qeydiyyat başlayıb!

    Kurs tələbələrin  yeni və yaradıcı biznes ideyalarının mülkiyyət hüquqlarının qorunması üzrə online təlimlər təklif edir.

    Qeydiyyat müddəti: 25 sentyabr- 13 oktyabr 2019

    Kursun keçirilmə tarixləri: 1 oktyabr – 16 noyabr 2019

    İmtahan vaxtı: 17-18 noyabr 2019

    Kurs RUS və İNGİLİS dillərində təşkil edilir.

    Ətraflı məlumat üçün BMA-nın Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz:

    Şəfiyeva Zülfiyyə: 055 622 60 92

    Hacızadə Suada: 050 626 40 90