• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    "NOTLARIN MÖCÜZƏSİ" online musiqi müsabiqəsi

    Karantin dövründə yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə “Notların Möcüzəsi”  adlı onlayn musiqi müsabiqəsinə start verilir!

    Müsabiqənin məqsədi Azərbaycan bəstəkarlarının retro musiqilərinin müasir zövqü oxşayacaq yeni ifa tərzlərini ərsəyə gətirmək və gənc virtuoz musiqiçiləri üzə çıxarmaqdır.

    İstedadına güvənən gənclər- tələbələr, küçə musiqiçiləri, musiqi təhsili olmayan istedadlı ifaçılar  həmçinin musiqi kollektivləri ölkənin istənilən yerindən onlayn şəkildə müsabiqəyə qatıla, musiqi alətlərində instrumental ifalarını nümayiş etdirə bilər. Müsabiqədə iştirak etmək istəyən gənclər öz ifalarını 24.01.2021-ci il saat 18:00-a qədər videogörüntü şəklində Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına təqdim etməlidirlər.

    Müsabiqə şərtləri və qaydaları haqqında daha ətraflı məlumatı müsabiqənin sosial şəbəkədəki feysbuk hesabından ( https://www.facebook.com/notlarinmocuzesi ) əldə edə bilərsiniz.