• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 sentyabr Anım günü tədbiri


    1. Ekranda şəkil: Qarabağ Azərbaycandır.

     

    Vüqar Məmmədzadə. Şəhidlərə ithaf 

    Ekranda videogörüntü

     

    2. Çıxış- BMA-nın Beynəlxalq Əlaqələr, Sosial Məsələlər və İctimaiyyətlə

    əlaqələr üzrə  prorektoru,  professor Yeganə Axundova

     

    3. Çıxış- BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli

     

    4. Çıxış edirlər:

    II Qarabağ müharibəsi döyüşçüsü,  BMA-nın solo oxuma ixtisası üzrə məzunu,

    beynəlxalq və respublika müsabiqələr laureatı, Gənclər Prezidenti mükafatçısı, Rusiya “Большой Театр»nın  Gənclər truppasıının  solisti,  hal-hazırda İtaliyanın Neapol şəhərinin San-Karlo opera balet teatrının gənclər truppasının solisti Cəbrayılın və Xocavəndin  azad olunması uğrunda döyüşən  Atəş Qarayev

     

    II Qarabağ müharibəsi qazisi, BMA-nın məzunu, beynəlxalq və respublika

    müsabiqələr laureatı, “Heydər Zirvəsi” medalı, “Cəsur Döyüşçü” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunan   Vüqar Məmmədzadə.

     

    II Qarabağ müharibəsi döyüşçüsü, BMA-nın skripka ixtisası üzrə məzunu, “Füzulinin azad olunmasına görə” medalı, “Xocavəndin  azad olunmasına görə” medalı ilə  Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nəaliyyətlərə görə fəxri fərmanla təltif olunan Əzizağa Quluzadə

     

    II Qarabağ müharibəsi döyüşçüsü, BMA-nın fortepiano ixtisası məzunu, “Laçının  azad olunmasına görə” medalı ilə təltif olunan   Murad Bayramov

    II Qarabağ müharibəsi  döyüşçüsü, BMA-nın musiqi müəllimliyi ixtisası üzrə I kurs tələbəsi,  “Füzulinin azad olunmasına görə” medalı,  “Xocavəndin  azad olunmasına görə” medalı, “Cəbrayılın  azad olunmasına görə” medalı ilə təltif olunan  Adil Əmirli

     

     5. Adil Əmirli. Şəhid yoldaşlarına ithaf

    İfa edir: Müəllif

     

     6. Adıgözəlov. Qərənfil

    İfa edir: Atəş Qarayev

    Müşayiət edir: Yeganə Axundova