12 mart 2018-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iki tələbəsi ATİAHİ Respublika Komitəsinin adlı təqaüdünə layiq körülüb.
12 mart 2018-ci il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində keçirilən tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasinin sədri, Millət vəkili Səttar Möhbalıyev çıxış etdi. Tələbə-gəncləri adlı təqaüdə layiq görülməsi ilə bağlı təbrik edərək, Səttar Möhbalıyev onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Sonra adlı təqaüdlərin təqdimetmə mərasimi keçirildi.
Bakı Musiqi Akademiyasının tələbələri Şıxəliyev Ülviyyə Vüqar qızına (IV kurs, fortepiano fakültəsi) və Hüseynzadə Nərgiz Ələkbər qızına (II kurs, ifaçılıq fakültəsi) qış –imtahan sessiyasının nəticələrinə görə adlı təqaüd verildi.