17 may 2018-ci il
17 may 2018-ci il tarixində Meksika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri Xuan Rodrigo Labardini Flores Bakı Musiqi Akademiyasının qonağı olmuşdur.
Qonaq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Yeganə Axundova ilə görüşmüşdür. Görüş əsnasında 2 ölkə arasında dostluq, mədəni münasibətlərin və təhsilin daha da inkişaf etdirilməsinin perspektivləri müzakirə olunmuşdur. Həmçinin, tanınmış pianoçu Argentina Duran Fernandezin Bakı Musiqi Akademiyasında 21 may tarixində ustad dərsi və 23 may tarixində konsert proqramı ilə çıxışı haqqında müzakirə aparıldı.
Qeyd edək ki, Argentina Duran Fernandez Çikaqoda Ruzvelt Universitetində təqaüdə layiq görülmüşdür. 2017-ci il 1-ci Beynəlxalq Papantla Piano Festivalında konsert proqramı ilə çıxış edib və ustad dərsləri verib. Həmçinin, UNAM Musiqi Universitetində piano müəllimi kimi çalışır. Meksika Milli Musiqi Konservato¬riyasın¬da pianoçu olaraq fəaliyyət göstərir.