15 aprel -15 may 2018-ci il
15 aprel -15 may 2018-ci il tarixləri arasında Türkiyənin İstanbul şəhərində “Çölleşen Ruhumuzu Müzikle Yeşertelim” 25-ci İstanbul musiqi festivalı keçirilmişdir.
Festival çərçivəsində 9-11 may tarixində “Müzikte stratejik yaklaşımlar Uluslararası Simpoziumunda” Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti çıxış etmişlər.
Qeyd edək ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi işlər üzrə prorektor, Əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə (“Nahçıvan Yallıları Modern Etnomüzikoloji İzinden”), sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova (“Müzik Derslerinde Vatanseverlik Özellikleri Öğretimi”), fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yalçın Abdulla (“Doğu ve Batı Kültüründe Sufilik Geleneklerinin Tecellisi”), sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Züleyxa Abdulla (“Azerbaycan’da Kültür Politikasının Müziğin Gelişimine Etkisi”), sənətşünaslıq üzrə fəlsəfə doktoru Dərya Ağca (“Avusturya Macaristan İmparatoru II. Joseph Avrupa Müziğine Etkisi”) çıxış ediblər.
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Bələdiyyə, İstanbul Texnik Universiteti Türk Musiqi Dövlət Konservatoriyası, Haliç Universiteti, Yıldız Texnik Universiteti və b. önəmli dövlət qurumlarının birgə təşkilatçılığı ilə davam edən simpoziumda professor Gülnaz Abdullazadə, dosent Həbibə Məmmədova, dosent Yalçın Abdulla, dosent Züleyxa Abdulla və Dərya Ağca həmçinin oturum başkanı (moderator) kimi də iştirak etmişlər.