21 may 2018-ci il
21 may 2018–ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında Azərbaycan Təhsil Nazirliyin “Sabah” İcra komitəsinin Tələbələrlə iş üzrə kordinatoru Mehriban xanım Nəzərova ilə Bakı Musiqi Akademiyasının “Fortepiano” və “İnstumental ifaçılıq” fakültələrində təhsil alan I kurs tələbələrinin görüşü keçirilib.
Görüşdə 2018-2019–ci tədris ili üçün keçiriləcək qəbul qaydaları haqqında söhbət aparılıb. Ön sözlə Bakı Musiqi Akademiyasının tədris üzrə 1-ci prorektor, professor, pedaqoji elmlər namizədi, əməkdar müəllim Nərminə xanım Quliyeva çıxış edib. Tədbirdə İfaçılıq fakültəsinin dekanı, professor, Əməkdar incəsənət xadimi Nəzmiyyə xanım Abbaszadə və Fortepiano fakültəsinin dekanı, professor, əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzakət xanım Rimazi və “Sabah” qrupların müəllimləri eştirak ediblər.
Görüş əsnasında Mehriban xanım Nəzərova çıxış edərək ali təhsildə təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı (SABAH ) tələbələrdən ibarət qruplar yaradılmasında əsas məqsədin ali təhsil sahəsində davamlı, uzunmüddətli, hərtərəfli və əhatəli keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün zəruri mühitin yaradılması, Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafına dəstək olmaq, dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq layihələri, elmi-tədqiqat, təcrübə və tələbə mübadilələrinin genişləndirilmsi və əmək bazarının tələblərinə uyğun olaraq savadlı, bacarıqlı və hazırlıqlı mütəxəssislərin yetişdirilməsi olduğunu vurğulayıb.