• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14 may 2018-ci il

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırıqlar müəyyən etmişdir.

    Bu tapşırıqların təhsil sahəsində icrasını təmin etmək üçün 2013-cü il yanvarın 26-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə komissiyasının təhsil idarəçiliyinə məsul vəzifəli şəxslərin iştirakı ilə geniş tərkibli iclası keçirilmişdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına Təhsil Nazirliyi tərəfindən korrupsiya ilə əlaqədar göndərilmiş məktubu nəzərə alaraq “Tarix-nəzəriyyə” fakültəsinin “Musiqi tarixi”, “Musiqi nəzəriyyəsi”, “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar”, “Bəstəkarlıq” və “Xor-dirijorluq” kafedralarının və Fakültə Elmi Şuranın elmi iclaslarında antikorrupsiya mövzusu müzakirə olunmuş, müəyyən ictimai və tarix fənnlərinin tədris proqramına əlavə edilmişdir. 2017-2018-ci ilin may və sentyabr aylarında tələbələr üçün ictimai mühazirə və seminarlar keçirmişdir. Keçirilən tədbirlərdə müəllim və tələbələr bu məsələyə olduqca ciddi yanaşmış, mühazirədən kənar mövzulara yol verməmişdilər.