• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 oktyabr 2019-cu il

    2019-cu il 29 oktyabr tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 10 gün müddətində elmi ixtisasartırma keçən Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının magistr tələbələri ilə BMA-nın prorektoru, professorlar Nərminə Quliyeva, Yeganə Axundova, Gülnaz Abdullazadə, Nəzmiyyə Abbaszadə, Nəzakət Rimazi, Gülzar Mahmudova, elmi ixtisasartırma şöbəsinin müdiri, dosent Nərgiz Hüseynovanın iştirakı ilə görüş keçirilib.

    Görüşdə tələbələr akademiyada keçirilən müddət ərzində xoş təəssüratlarını bölüşdülər, hər tələbə iştirak etdiyi dərslər haqqında öz fikirlərini söylədilər və akademiyanın professorları da onlara təhsil illərində böyük uğur və nailiyyətlər arzu etdilər.
    Görüşün sonunda isə tələbələrə elmi ixtisasartırma təhsilini başa vurduqları ilə əlaqədar sertifikatlar təqdim edildi.