• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 noyabr 2019-cu il

    2019-cu il 26 noyabr tarixində ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyilə Beynəlxalq Təhsil Həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ-ın Middlebury İnstitutunun Beynəlxalq təhsilin menecmenti departamentinin rəhbəri, professor Devid Vik Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşüb.

    Görüşdə ali təhsilin beynəlmiləlləşmə strategiyaları, ali təhsil müəssisələri arasında effektiv və dayanıqlı tərəfdaşlıqların qurulması, mövcud tərəfdaşlıqların keyfiyyət qiymətləndirilməsi kimi məsələlər müzakirə olunub.
    Günün sonunda qonaq Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri “Baku Chamber Orchestra”-nın Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan Respublikasının Əməkdar artisti, dirijor Fuad İbrahimovun rəhbərliyi ilə keçirilən konsertdə iştirak edib.