• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 aprel 2021-ci il

    Zülfüqar Hacıbəyovun "Nüşabə" operası

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi : Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında 2021-ci il 13 aprel tarixində, “Zülfüqar Hacıbəyovun yaradıcılığı və "Nüşabə" operası” mövzusunda   elmi işçi Fidan Nəsirovanın onlayn qaydada seminarı keçirilmişdi.

    Məruzəçi Üzeyir Hacıbəylinin böyük qardaşı və silahdaşı olmuş Zülfüqar Hacıbəylinin(1884-1950) qısa da olsa yaradıcılığına nəzər salmış və sonra onun yarımçıq qalmış "Nüşabə" operasının təhlilini edərək əməkdaşlara təqdim etdi.  1907-ci ildə Bakıya köçmüş Zülfüqar Hacıbəyli yaradıcılığına başlayır. Onun ilk qələm təcrübələri operettaları olmuşdur. Operettalardan "Əlli yaşında cavan" "On bir yaşlı arvad", "Evliykən subay" və digər əsərlərini nümunə gətirmək olar. Onun bəstələdiyi əsərlərdən biri 1915-ci ildə yazılmış və yaradıcılığında mühüm yer tutan "Aşıq Qərib" məhəbbət dastanı olmuşdur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi.

    Görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrlarda yazdığı yarımçıq qalmış əsərləri vardır. Abdulla Şaiqin librettosuna yazılmış "Nüşabə" operası üzərində işlədiyini sübut edən çoxlu materiallar aşkar edilmişdir. "Nüşabə" operası Nizami Gəncəvinin "İsgəndərnamə" poemasının motivləri əsasında yazılmışdır. Bəstəkarın özü tərəfindən bu opera üzərində olan fikirləri  bildirir ki, məhz Zülfüqar Hacıbəyov Nizami Gəncəvinin poemasına müraciət edərək "Nüşabə" operasını yazır.

    Məruzəçi onu da qeyd etdi ki, "Nüşabə" operasında Bərdə hökmdarı Nüşabənin igidliyi və şücaəti tərənnüm olunur. Nizami Gəncəvi öz poemasında mərd, iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli quruluşdan söz açmışdır. Dahi şair Nizaminin yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq incisi sayılan bu əsərində ideal cəmiyyət təsvir olunmuşdur.

    Məruzəçi çox maraqlı bir faktı da qeyd etdi ki, Nizami Gəncəvinin " İsgəndərnamə" poemasını fars dilindən azərbaycan dilinə Abdulla Şaiq və Mikayıl Rzaquluzadə birlikdə tərcümə etmişlər. Abdulla Şaiqin "Nüşabə" pyesi Nizaminin süjeti əsəsında yaranan maraqlı sənət örnəyidir. "Nüşabə" operasının əks olunan səhnəsi 5 bölmədən ibarətdir. Səhnənin sonunda Nüşabənin çıxışından sonra apofeoz- kulminasiya xarakterli üçsəsli xor səslənir.

    Seminarın sonunda elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə; sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Nərminə Bayraməlibəyli; aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva; əməkdar incəsənət xadimi,  sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, böyük elmi işçi Zeynal İsayev və laboratoriyanın digər üzvləri mövzu ətrafında fikirlərini bildirdilər.

                                                                                                           Elmi işçi  Bəsti Kazımova

    Zulfugar Hajibeyov's opera "Nushaba"

     

    On April 13, 2021, an online seminar of researcher Fidan Nasirova was held in the research laboratory of the Baku Music Academy named after U.Hajibeyli "Research of oral professional Azerbaijani professional music and its new directions: Organology and Acoustics".

    The topic of the seminar was the work of Zulfugar Hajibeyov and the opera "Nushaba".

    The speaker looked at the short work of Zulfugar Hajibeyli (1884-1950), the elder brother and comrade-in-arms of Uzeyir Hajibeyli, and then introduced his staff by analyzing his unfinished opera "Nushaba".  Zulfugar Hajibeyli, who moved to Baku in 1907, began his career.  His first pen experiments were operettas.  In 1909, he wrote one of the first operettas, Fifty Years Old.  This was Zulfugar Bey's first theatrical work.  The composer has a number of musical comedies such as "Eleven-year-old wife" (1911), "Married single" (1911) and others.  One of his works was "Ashig Garib", written in 1915 and occupying an important place in his work.  The peculiarity of the work was that the opera reflected the synthesis of folk music and European music.

    As one of the prominent artists, Hajibeyov was also active in the socio-cultural life of the republic.  He has worked very hard in this field.  However, there are many works that he could not finish.  The archive contains unfinished works written in various genres.  Numerous materials have been found proving that he was working on the opera "Nushaba" written on the libretto of Abdullah Shaikh.  The opera "Nushaba" was written on the basis of Nizami Ganjavi's poem "Isgendername".  The composer's own opinion on this opera states that it was Zulfugar Hajibeyov who wrote the opera "Nushaba" referring to Nizami Ganjavi's poem.

    The speaker also noted that the opera "Nushaba" glorifies the courage and bravery of the ruler of Barda Nushaba.  In his poem, Nizami Ganjavi spoke about a new type of head of state, a just structure, creating the image of a brave, strong-willed, intelligent and capable ruler of Barda Nushaba.  This work, which is considered to be the highest peak of the great poet Nizami's creativity and the brightest pearl of Eastern poetry, depicts an ideal society.

    The rapporteur also noted a very interesting fact that Nizami Ganjavi's poem "Isgendername" was translated from Persian into Azerbaijani by Abdulla Shaig and Mikayil Rzaguluzade.  Abdulla Shaig's play "Nushaba" is an interesting example of art based on Nizami's plot.

     The scene of the opera "Nushaba" consists of 5 sections.  At the end of the stage, after Nushaba's performance, a trio of apotheosis-culmination character sounds.

     At the end of the seminar, Nurida Ismayilzadeh, Head of the Scientific Laboratory, Doctor of Philosophy in Art History, Associate Professor;  Doctor of Philosophy in Art History, leading researcher Narmina Bayramalibeyli;  Leading researcher, Doctor of Philosophy in Art History Imina Aliyeva;  Honored Art Worker, Doctor of Philosophy in Art History, Professor Arif Asadullayev, senior researcher Zeynal Isayev and other members of the laboratory expressed their views on the topic.

                                                                                                            Researcher: Basti Kazimova