• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 aprel 2021-ci il

    Azərbaycanın xalq musiqi aləti kamançanın bəzi orqanoloji və akustik xarakteristikaları

    Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və akustika“ elmi tədqiqat laboratoriyasında 2021-ci il 20 aprel tarixində “Azərbaycanın xalq musiqi aləti kamançanın bəzi orqanoloji və akustik xarakteristikaları” mövzusunda böyük elmi-işçi  Zeynal İsayevin onlayn qaydada seminarı keçirilmişdir.

    O qeyd etmişdir ki, hal hazırda laboratoriyamızda Azərbaycanın milli xalq çalğı aləti kamançanın səs dalğasının ən mühüm akustik xarakteristikalarından biri olan amplitud–tezlik xarakteristikalarının müəyyənləşdirilməsi və bununla da onun tembr xüsusiyyətlərini yaradan ən əsas səbəblərdən biri olan harmoniklərin elmi baxımdan təyin olunması istiqamətində elmi araşdırmalar aparılır. Bu elmi-tədqiqat işi kamançanın tarixində ilk dəfədir  aparılır və bu sahədə atılan ilk addımdır. Həmçinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə, onun kollektivi və elmi-laboratoriyasının əməkdaşları tərəfindən xalqımızın musiqi mədəniyyətinə verilmiş  möhtəşəm bir töhvədır.

    Məruzəçi  qeyd etmişdir ki, bu elmi tədqiqatlar problemin daha da dərindən öyrənilməsinə ilk yaxınlaşmadır və müasir informasiya texnologiyaları və innovatik texniki vasitələrin tətbiqi ilə aparılır.

    Aparılan eksperimentlər göstərmişdir ki, eyni bir alətin tembri müxtəlif spektral komponentlər sırasından ibarətdir ki, bu komponentlər də akustikada harmoniklər adlanır və Furye sıralarına müvafiq düzülmüşdür. Yayın (kamanın) simlərə göstərdiyi təzyiqdən asılı olaraq spektral komponentlərin amplitudları nisbətinin dəyişməsi nəzərə çarpır. Bu, alətin tembrində köklü dəyişikliklərə səbəb olmayıb, səsin tembral rəngarəngliyinə təsir göstərir. Bir qayda olaraq əsas ton (1-ci harmonik) səs yüksəkliyi haqqqında bizdə təsəvvür yaradır, o biri obertonlar (digər harmoniklər) isə ümumi tembrin yaranmasında mühüm əhəmiyyət kəsb edir.

    Məruzəçi daha sonra qeyd etmişdir ki, kamançanın akustik xarakteristikalarının öyrənilməsinə xidmət edən elmi tədqiqatlar bu alətin daha da elmi əsaslarla təkmilləşdirilməsinə imkanlar açaraq, gələcəkdə “parlaq şəkildə qabarmış formant oblastlarına malik” (Amati, Qvarneri, Stradivari və s. sənətkarların vaxtilə düzəltdiyi “qiymətsiz” alətlər bu qəbildəndir) “danışan alətlər”in yaradılması üçün daha bir elmi əsaslar yaratmış olacaqdır. Elmi tədqiqatlar möhtəşəm “kamança strinqləri” səslənmələrinin yaradılması və bununla da xalq çalğı alətləri orkestrlərinin səslənməsində daha da yüksək səviyyədə cazibədarlığa nail olmaq üçün kamançanın konstruksiyalarının və qabarit ölçülərinin standartlaşdırılmasının nə dərəcədə mühüm əhəmiyyət kəsb etmiş olduğunu bir daha göstərir. Bu tədqiqatlar kamançanın da gələcəkdə MİDİ sertifikasiyasının etnik alətlər qrupuna daxil edilməsinə imkan verəcək və onun səsinin yazılması zamanı səs rejissorlarına çox böyük köməklik göstərəcəkdir. Elmi tədqiqatların nəticələri gələcəkdə həmçinin musiqi terapiyasında, xəstəliklərin musiqi ilə diaqnostikası və onların ilkin etapında musiqi ilə müalicəsi işində də mühüm əhəmiyyət kəcb edəcəkdir.

    Seminarın sonunda elmi tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçinin çıxışını yüksək qiymətləndirərək, mövzu ətrafında dəyərli fikirlərini bildirmişdir. Müzakirələrdə əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi İmina Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Rauf Bəhmənli, Xalq artisti, dosent Zümrüd Məmmədova, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov və digər əməkdaşlar seminar ilə bağlı fikir mübadiləsi aparmışlar. Seminar böyük marağa səbəb olmuş və yüksək coşqu ilə keçmişdir.

     

      

    Sevda İsayeva

    kiçik elmi işci

    Some organological and acoustic characteristics of the Azerbaijani folk musical instrument kamancha

     

    On April 20, 2021 in the scientific research laboratory of BMA named after U.Hajibeyli "Research of oral professional Azerbaijani professional music and its new directions: Organology and acoustics" senior researcher on "Some organological and acoustic characteristics of kamancha, folk instrument of Azerbaijan" Zeynal Isayev's online seminar was held.

    He noted that our laboratory is currently conducting research to determine the amplitude-frequency characteristics of the kamancha, one of the most important acoustic characteristics of the sound wave of the Azerbaijani national folk instrument kamancha, and thus to determine the harmonics from a scientific point of view. This research is being conducted for the first time in the history of kamancha and is the first step in this field. Also, on the occasion of the 100th anniversary of the Baku Music Academy named after Uzeyir Hajibayli, it is a great contribution to the musical culture of our people by its staff and employees of the scientific laboratory.

    The rapporteur noted that this research is the first approach to a deeper study of the problem and is carried out with the use of modern information technology and innovative technical means.

    Experiments have shown that the timbre of the same instrument consists of a series of different spectral components, which are also called harmonics in acoustics and are arranged according to the Fourier series. Depending on the pressure exerted by the arc on the wires, the ratio of the amplitudes of the spectral components changes. This does not cause radical changes in the timbre of the instrument, but affects the timbre of the sound. As a rule, the main tone (1st harmonic) gives us an idea of ​​the volume, while the other overtones (other harmonics) play an important role in the formation of the overall timbre.

    He went on to say that scientific research into the acoustic characteristics of the kamancha had enabled the instrument to be further developed on a scientific basis, with "brightly swollen formant areas" in the future ("priceless" instruments developed by Amati, Guarneri, Stradivari and others). such as) would have created another scientific basis for the creation of "speaking instruments." Scientific research shows once again how important it is to standardize the design and dimensions of the kamancha in order to create magnificent "kamancha strings" and thus achieve a higher level of appeal in the performance of folk instrument orchestras. These studies will also allow the kamancha to be included in the MIDI certification group of ethnic instruments in the future, and will be of great assistance to sound directors in recording its sound. The results of scientific research will be important in the future in music therapy, music diagnosis of diseases and their treatment with music in the early stages.

    At the end of the seminar, the head of the research laboratory, Doctor of Philosophy in Art History, Associate Professor Nurida Ismayilzadeh praised the speech of the speaker and expressed his valuable views on the topic. Honored Art Worker, Doctor of Philosophy in Art History, Professor Arif Asadullayev, Doctor of Philosophy in Art History, Associate Professor Imina Aliyeva, Doctor of Philosophy in Art History, Associate Professor Rauf Bahmanli, People's Artist, Associate Professor Zumrud Mammadova, composer Rufat Ramazanov and others they took. The seminar aroused great interest and was held with great enthusiasm.

      

    Sevda Isayeva

    Junior researcher