22 dekabr 2017-ci il
Dekabrın 22-si Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qrupları və “Metodika və Xüsusi Pedaqoji Hazırlıq” kafedrasının təşkilatçılığı ilə Q.Qarayev adına 8 saylı Musiqi Məktəbinin Böyük zalında “Qara Qarayevin 100 illiyinə” həsr olunmuş Elmi-Praktiki konfrans keçirilib.
Konfransda ilk öncə BMA-nın “Metodika və Xüsusi Pedaqoji Hazırlıq” kafedrasının müdiri, sənətşunaslıq üzrə fəlsəfə doktoru, dosent Elnarə Məmmədova çıxış edib. Elnarə xanım bildirib ki, “Möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin sərəncamı ilə Qara Qarayevin 100 illik yubileyi ilə bağlı Respublikamızda və xaricdə tədbirlər həyata keçirilir və onlardan biri də bugünki konfransdır. Bəstəkar, pedaqoq, ictimai xadim kimi dünya musiqi tarixində iz qoyub getmiş Qarayevin yaradıcılığı Azərbaycan musiqi tarixinin bütöv bir mərhələsidir. Mədəniyyətimizin tərəqqisi uğrunda var gücü ilə çalışan bəstəkarın çoxşaxəli yaradıcılığı və fəaliyyəti musiqi salnaməmizin ən parlaq sahifələrindən biridir”.
Ardınca BMA-nın və Sabah qrupunun tələbələri – Əhmədxanova Leyla, Nəcəfquliyeva Kamilla, Mustafayeva Arzu, Ağazadə Aytac, Həşimli Aytən, Şibliyeva Möminat, Camallı Məryəm, Qasımova Şəlalə, Hacıbalayeva Firuzə, Məmmədova Aytac, Aydəmirov Vüsal, Ağayeva Mədinə, Əmiraslanova Aysel, Mirheydərzadə Fidan, Fərmanova Fidan, Hüseynzadə Nərgiz, Nurullayeva Mətanət, Qurbanova Nərmin, Qurbanova Rəfiqə, Nəcəfzadə Minirə, Şıxəliyeva Ülviyyə, Tağızadə Mahir, Rzayeva Nuray, Feyzullayeva Cəmilə, Əliyeva Aytən, Əzizov Cavid, Ələkbərzadə Fəridə öz çıxışlarını və ifalarını səsləndirib. Səslənən məruzələrdə Q.Qarayevin yaradıcılığını əks etdirən mövzulara toxunulub.
Konsert proqramında Q.Qarayevin seçilimiş əsərlərindən musiqi parçaları – “Don Kixot” simfonik qravürü, “Eskiz”, “Prelüdlər”, “Ayişənin rəqsi”, “Çin gözəli”, “İldırımlı yollarla”baleti, “Noktrünlər”, “İnsan məskən salır”, Unudulmuş vals” və s. dinləyicilərə təqdim olunub.