• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 oktyabr  2018-ci il

    Oktyabr ayının 17-si 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Çin və Azərbaycan ölkələri arasında qarşılıqlı əlaqəni, dostluq münasibətlərini, mədəni mübadiləni gücləndirmək məqsədi ilə, Huang Weiwei təşkilatçılığı ilə təşkil olunan “Bir kəmər bir yol” adlı Çin klassik əsərlərindən ibarət konsert proqramı keçirilib.


    Qeyd edək ki, Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) arasında müqavilə imzalanıb. Müqavilənin imzalanmasının əsas məqsədi Azərbaycan və Çin musiqiçi ziyalılarının ikitərəfli yaradıcılıq əlaqələrinin inkişaf etdirilməsi, peşəkar musiqiçilər və ifaçılar hazırlamaq sahəsində təhsil əlaqələrinin aktivləşdirilməsi, iki xalqın musiqi irsini öyrənmək sahəsində tədqiqatların aparılmasıdır. Görüşdə çıxış edən BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Azərbaycan xalqının musiqi mədəniyyəti ənənələrinin qorunması və yaradıcı inkişafı istiqamətində fəaliyyəti haqqında Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Li Jinsuna məlumat verib. Azərbaycanda musiqi təhsilinin inkişafından məmnunluq ifadə edən Çin səfirinin müavini iki ölkə arasında musiqi sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. Görüşdə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov musiqi sənəti sahəsində Azərbaycan-Çin münasibətləri haqqında danışıb. R.Abbasov həmçinin, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Çinə tarixi səfəri zamanı Azərbaycan və Çin arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında imzalanmış müqavilənin əhəmiyyətini xüsusi vurğulayıb. Daha sonra isə Konfutsi İnstitutunun qonaqları, pianist Xuan Veyveyin rəhbərliyi altında Çinin Quansi əyalətinin musiqi kollektivinin ifasında çin klassik musiqisi konserti baş tutub.

    Konsertdə ilk öncə SSRİ və Azərbaycanın Xalq artisti, professor, BMA-nın rektoru Fərhad Bədəlbəyli çıxış edərək gələn qonaqları salamlayıb və Çin Səfirliyindən cənab Li və xanım Li Jinsunu auditoriyaya təqdim edib. Eyni zamanda rektor, gənc tələbələrə üzünü tutaraq onlara Çin dilini öyrənməyin əhəmiyyətləri haqqında məsləhətlər verib. Ardınca çıxış edən Cənab Li həmçinin öz növbəsində hər kəsi salamlayaraq bildirib ki, “Bu gün mən yenidən Bakı Musiqi Akademiyasının konsert zalına gəlməkdən və sizinlə birlikdə xanım Huang Weiwei-in akustik fortepiano ilə 2018-ci il “Bir kəmər bir yol” Çin klassikləri xüsusi konsertində iştirak etməkdən çox məmnunam. İlk öncə icazə verin mən Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi adından, Azərbaycan Dillər Universiteti və Bakı Musiqi Akademiyasına bu dəfəki tədbirin uğurla həyata keçirilməsində çəkdikləri əziyyətə və zəhmətə görə təşəkkürümü bildirim. Bakı Musiqi Akademiyası və Çinin müvafiq incəsənət məktəbləri arasında mübadilə və əməkdaşlıq çox gözəl bir ənənəyə sahibdir, hansı ki, bu iki xalqın qarşılıqlı anlaşma və dostluq münasibətlərinin dərinləşməsi üçün vacib bir körpü rolunu oynayır. Bu gün Bakı Musiqi Akademiyasında Çin dili tədris mərkəzi açılır, mən inanıram ki, bu şübhəsiz iki ölkə arasında əməkdaşlığın səviyyəsinin davamlı inkişaf etməyə güclü dəstək və kömək göstərəcəkdir ”.

    Dəstəyə görə xanım Huang Weiwei və Çin Xalq Respublikasının Azərbaycandakı səfirinin müavini Li Jinsun BMA-nın rektoru, professor Fərhad Bədəlbəyliyə Jun adlı qədim mədəniyyət zirvəsindən tapılan nüsxə hədiyyə edib. Qeyd edək ki, Çin mədəniyyətində xoşbəxtlik və xeyirxahlıq simvolu olan, 2600 ildən çox tarixə malik yüksək səviyyəli mədəni əsər Xıçjou şəhərinin ən əhəmiyyətli nümunəsidir.

    Konsert proqramında Çinin tanınmış musiqiçisi xanım Huang Weiwei özündə klassik, etnik, pop, vokal və digər elementləri birləşdirən Çin mədəniyyətinin nadir cazibəsini nümayiş etdirmək üçün unikal musiqi parçaları səsləndirib. Belə ki, ilk öncə Çinin müxtəlif bölgələrinin gözəl dekorasiyalarını əks etdirən fortepiano əsərlərini ifa edib. Daha sonra Nankin Beynəlxalq Folklor sənət festivalı və Kambocada keçirilən mədəniyyət mübadiləsində iştirak edən 7 yaşlı Lu Junrhu 2 musiqi nömrəsi ilə çıxış edib. Ardınca Konfutsi İnstitunun müəllimi, Bakı Musiqi Akademiyasının doktorantı xanım Chen Qianqiunu fleyta alətində ifa edib. Növbəti çıxışda Konfutsi İnstitunun azərbaycanlı tələbəsi Fatimə “Xihuan ni” adlı mahnını ifa edib.

    Yenidən səhnəyə təşrif buyuran Huang Weiwei milli geyimdə xalq mahnılarını ifa edərək dinləyicilərə hədiyyələr təqdim edib. İfaçı Azərbaycan xalq mahnısı “Qubanın ağ alması” və Pekin Olimpiadası zamanı səslənən “Səma” adlı kompozisiya ilə konsert proqramını yekunlaşdırıb.

    Sonda rəhbərlik və kollektivlə birlikdə xatirə şəkilləri çəkilib.