• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 oktyabr  2018-ci il

     19 oktyabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Edvard Qriq Musiqi Akademiyası (Norveç), Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (Azərbaycan), V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyası (Gürcüstan), Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası (Qazaxıstan) ilə birgə “Eurasia” Musiqi və Bədii Tədqiqat Biliyi Şəbəkəsi layihəsi çərçivəsində konsert proqramı keçirilib.

    Qeyd edək ki, layihənin koordinatorları Yeganə Axundova ( Azərbaycan), Dagfinn Bach (Norveç), Nana Şarikadze (Gürcüstan) və Janna Abdulxaliq (Qazaxıstan) olub. Konsertdə İ.S.Bax, E.Brusilovskiy, Ü.Hacıbəyli, V.A.Motsart, S.Tsinzadze, E.Qriq, H.Saverud, K.Şildebaev, M.Thormodsater, Q.Qarayev kimi bəstəkarların əsərləri səsləndirilib. Çıxışlar zamanı səhnədə Baku Chamber Orchestra (dirijor Əməkdar artist Fuad İbrahimov), Maqne Tormodsaezer (Norveç), Rikardo Odriozolo Perez (Norveç), Tomas Tellevin Dahl (Norveç), Hanna Veyts (Norveç), Finlay Takeşi Hare (Norveç), Ziba Rəcəbli (Azərbaycan), Aydana Sşildebayeva (Qazaxıstan), İrina Rostomaşvili (Gürcüstan), Luka Topuriya (Gürcüstan) kimi ifaçıların yüksək performansı nümayiş olunub. Konsert olduqca maraqla qarşılanıb.