• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 oktyabr  2018-ci il

    2018-cü il oktyabrın 17-də Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş  bayram konserti keçirilib. 

    Konsertdə BMA-nın birinci kurs tələbələri: Maqsud Musazadə (fortepiano), Nərminə İsmayılova (fortepiano), Sevda Bayramova (fortepiano), Emil İsmayılov (vokal) iştirak ediblər. Konsert proqramında azərbaycan, rus və dünya klassikasının əsərləri  səslənmişdir: Ə.Məlikov "Мимолётности", Abdinurov  "Başlanğıc", Hendel – “Scipione”operasından  "Generosa" ariyası, M.Maqomayev “Mavi əbədiyyət”, Q.Qarayev "Eskiz", С.Рахманинов "Elegiya" - "Mavi əbədiyyət".

    Konserti Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin  və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə layihəsi idi. Təşkilati dəstəyini BMA-nın "Musiqi  Nəzəriyyəsi" kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina  həyata keçirdi. Konsertin uğurlu keçirilməsi ilə əlaqədar Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin başçısı V.Denisov tərəfindən BMA-nın rəhbərliyinə eləcə də bütün iştirakçılara minnətdarlıq hissi bildirilmişdir.