• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 oktyabr 2018-ci il

    26 oktyabr 2018-ci il tarixində Xaçmaz Regional Mədəniyyət idarəsinin dəvəti ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzun və doktorantlarının iştirakı ilə Şabran şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Yurdumuzun istedadlı gəncləri” adlı konsert keçirilib.

    Şabran şəhərinin Mədəniyyət mərkəzində keçirilən konsert sırf maarifçilik, klassik musiqinin Azərbaycan regionlarında təbliği məqsədi ilə təşkil olunmuşdur. Əvvəlcə iştirakçıları çox səmimi və hörmətlə salamlayan Xaçmaz Regional Mədəniyyət idarəsinin rəisi Nazim Ağayev öz çıxışında Ü.Hacıbəyli adına BMA-ilə əməkdaşlığını yüksək qiymətləndirərək bu əlaqələrin daima davam etməsini arzulayıb.
    Sonra konsertin təşkilatçısı Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadəyə çıxış edərək ilk növbədə BMA-nın rektoru, Azərbaycan və SSRİ xalq artisti, professor Fərhad Bədəlbəylinin salamını konsertdə iştirak edən tamaşıçılara çatdırıb. Bununla yanaşı N.İsmayılzadə konsertdə ifa olunan əsərlər, onların müəllifləri haqqında tədbirin iştirakçılarına maraqlı məruzə təqdim edib.
    Konsertdə Respublika və Beynəlxalq musabiqələr laureatlarının (Vüsal Aydəmirov, Rəşid Əliyev, Aynur İskəndərli, Nəriman Əmiraslanov, İbrahim Babayev, Urfan Cəfərov və Orxan Cəlilov) ifasında Ü.Hacıbəyli “Cəngi”, F.Şopen “Mazurkalar”, V.Adıgözəlov “Qərənfil”, E.İbrahimova “Ey Vətən”, Pablo de Sarasate “Andaluzkiy romans”, V.Monti “Çardaş”, F.Bədəlbəyli “Dəniz” əsərləri yüksək peşəkarlıq ilə səslənib. Konsertin sonunda M.Maqomayevin “Odlar yurdu” mahnısının duet şəklində A.İskəndərli və U.Cəfərov tərəfindən ifa olunması bütün tamaşaçıları valeh edib. Şabran Rayonunun rəhbərliyi adından icra başçısının müavini Fikrət Nursiyev BMA- nın rəhbərliyinə və bütün ifaçılara dərin minnətdarlığını bildirərək, belə möhtəşəm konsertin keçirilməsini rayonun mədəni həyatında önəmli hadisə olduğunu xüsusi qeyd edib.
    Rəsmi qonaqlardan olan Şabran rayonu Mədəniyyət İdarəsinin müdiri Əhməd Səmədov, Qusar Mədəniyyət idarəsinin müdiri David İbarahimxəlilov, Quba şəhəri İcra Hakimiyyətinin rəsmi nümayəndəsi Fuad Orucov səhnəyə qalxaraq iştirakçılara bu gözəl konsert proqramında yüksək seviyyədə iştiraklarına görə bir daha ürəkdən təşəkkürlərini bildirdilər.