• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 oktyabr 2018-ci il

    21 oktyabr 2018-ci il tarixində Moskvada Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi və Milli Fond Russiya federasiyasında olan Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri diplomatik korpusun Duayeni funksiyaları E.Polad Bülbül oğluna keçməsi ilə əlaqədar "Tsaritsınoda səfirlik gecələri" - "Sənətdən diplomatiya" adlı konserti keçirilib.

    Tədbirdə Üzeyir Hacıbəyli  adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, İxtisas  fortepiano kafedrasının müdiri, Əməkdar artist, sənətşünaslıq namizədi, professor Samira Aşumova, “Simli alətlər” kafedrasının müəllimi Anar Seyidov və  Azərbaycan Dövlət Simli Kvartetin bədii rəhbəri,  Prezident təqaüdcüsü Ceyla Seyidova   iştirak  ediblər.  Konsertdə Q.Qarayev “Yeddi gözəl” baletindən “Adajio”, F.Əmirov “Sevgi valsı”, J.Bize “Karmen” iki skripka üçün və Q.Qarayev “Rəqs” əsərləri ifa olunub.