• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12-20 oktyabr 2018-ci il

    Gənc musiqiçilərin türk dünyası mədəniyyətini öyrənməsi və bu mədəniyyətin təbliğ olunması – TÜRKSOY-un Gənclik Kamera Xorunun əsas məqsədidir.

    Azərbaycan, Qazaxıstan, Qırğızstan, Türkiyə, Türkmənistan, Özbəkistan və Tatarıstandan qatılan gənc musiqiçilərdən qurulan TÜRKSOY-un Gənclik Kamera Xoru 15 iyun 2015-ci il tarixində öz məşqlərinə başladı. 32-ci Türk Dilli Ölkələrin Mədəniyyət Nazirlərinin Daimi İclasında alınan qərar əsasında yaradılan TÜRKSOY-un Gənclik Kamera Xoru qısa zamanda türk dünyasının fəxri oldu.

    TÜRKSOY-un Gənclik Kamera Xorunun bədii rəhbəri və qurucusu- TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti təşkilatının baş katibi, professor Düsen Kaseinovdur. Xorun əsas iki dirijoru vardır. Azərbaycan Respublikasının Xalq artist, TRT Radiosunun Çoxsəsli Xorunun dirijoru Elnarə Kərimova və Qazaxıstan Respublikasının Əməkdar İncəsənət xadimi, Astana Filarmoniyasının Kamera xorunun bədii rəhbəri və dirijoru, Qazaxıstan İncəsənət Universititetinin professoru Gülmira Kuttıbadamova.

    Bu günədək TÜRKSOY-un Gənclik Kamera Xoru Almaniyanın − Maqdeburq, Bayroyt, Çex Respublikasının − Praqa, Plzen, Qazaxıstanın −Astana, Pavlodar, Karaqanda, Öskemen, Semey, Türkiyənin bir çox şəhərlərində çıxış etmişdir.

    2015-ci ildən bu günədək TÜRKSOY-un Gənclik Kamera Xorunda Azərbaycanı Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbələri təmsil etmişdir.

    Hər il böyük və professional proyektlərdə işritak edən TÜRKSOY-un Gənclik Kamera Xoru 2018-ci il oktyabr ayının 12-20 tarixləri arasında TÜRKSOY-un quruluşunun 25-ci il dönümünə həsr olunmuş, Qazaxıstanın Karaganda, Pavlodar, Semey, Öskeme və Astana şəhərlərində keçirilmiş 500 nəfərlik “Astana – Dünyanın səsi” Festivalında iştirak etmişdir. Bu festivalda Azərbaycanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və məzun heyəti − Rüfət Xəlilov ( IV kurs, xor-dirijor), Mahir Tağızadə ( IV kurs, solo oxuma), Tamilla Əhədova (magistr II kurs, bəstəkar), Fatimə Cəfərzadə (magistr II kurs, solo oxuma), İntiqam Allahverdiyev ( magistr I kurs, musiqi texnoloqu) Ülviyyə Məstanova (məzun), Dilarə Mahmudova (məzun), Kamilla Heydərova (MDU, məzun) təmsil etmişdir.

    Kamera xorunun ifasında türk dünyasının xalq mahnıları, bəstəkar mahnıları eyni zamanda, klassik və müasir əsərlər səslənmişdir. İştirakçılar sertifikat və təşəkkürnamə ilə təltif edilmişdilər.