• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 mart 2021-ci il

    2021-ci il 12 mart tarixində görkəmli bəstəkar Qara Qarayevin ev muzeyində "Qarabağ-doğma yurdum!" adlı konsert keçirildi.

    Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Gülnarə Acalovanın sinfi, Sabah qrupunun tələbələri Nüşabə Hacıyeva (lll kurs), Gülnaz Eldarlı (lV kurs), Günel İmanova (lV kurs), Nəzrin Nəzirli (IV kurs) və Züleyxa Abdullayeva (ll kurs), Mehriban Xudiyeva (ll kurs), Validə Səmədova (lll kurs), Nəzrin Babayeva (lll kurs), Hacırzalı Murad (tar), Güllübəyim  Məmmədova  (vokal) çıxış etdilər. İfaçılar Üzeyir Hacıbəyli "Sevgili canan", Fikrət Əmirov "Ekspromt", Adil Bəbirov "Prelüd və skertso", Zakir Bağırov "Fakir", Tofiq Quliyev "Qızıl üzük", Xalq mahnısı "Evləri var xana-xana", Fikrət Əmirov "Azərbaycan elləri" əsərlərini ifa etdilər.

    Konsert tamaşaçıların gurultulu alqışları ilə başa çatdı.

     https://youtu.be/6yTbP1-RtwE