27 may 2017-ci il
Üzeyir Hacıbəyli adına BMA-nın nəzdində yerləşən Opera Studiyanın konsert zalında “Голос музыки” layihəsi çərçivəsində MDB dövlətlərinin
Hökumətlərarası Humanitar Həmkarlığı Fondunun dəstəyi ilə MDB ölkələrinin Gənclər simfonik orkestrinin Ü.Hacıbəyli adına BMA-nın Gənclər Simfonik Orkesri ilə birgə qala-konserti keçirilmişdir. Dirijor - beynəlxalq müsabiqələr laureatı və “Новая опера” adlı Moskva teatrının dirijoru Vasiliy Valitov idi.
Qala konsertin proqramında rus və xarici bəstəkarların əsərləri solistlər, - beynəlxalq müsabiqələr laureatları Larisa Bunakova (fortepiano), Anna Savkina (violin) və həmçinin Rusiyanın «Большой театр» Gənclər opera proqramının artistləri Vasilisa Berjanskaya (mezzo-soprano), Utarida Merzamova (soprano) və İlya Kutyuxinin (bariton) ifalarında səslənmişdir.