• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 mart 2018-ci il

    Bakı Musiqi Akademiyasının “Mezzo” elmi publisistik informasiya jurnalının №16 xüsusi buraxılışı çapdan çıxdı

    6 mart 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Mezzo” Elmi Publisistik İnformasiya jurnalının №16 xüsusi buraxılışı ötən il üçün son sayını oxucularının diqqətinə təqdim edib. Ənənəvi olaraq bu sayda da bir-birindən maraqlı məqalələr, xəbərlər öz əksini tapmışdır.

    Baş redaktoru Vüqar Hümbətov olan jurnalda akademiyanın professor-müəllim və tələbələrinin məqalələri dərc olunub. Bunlardan BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru Gülnaz Abdullazadə, Sənətşünaslıq namizədi, BMA-nın professoru, Elmi katib Leyla Məmmədova, BMA-nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova, BMA Mətbuat xidmətinin əməkdaşı Minacat Əhmədova həmçinin gənc və istedadlı tələbələr Aygün Qəhrəmanova, Fidan Rəhimli, Fəxri Kazım-Nicatın adlarını çəkmək yerinə düşərdi.

    “Mezzo” jurnalının bu sayında Bakı Musiqi Akademiyasında keçirilən konsertlər, tədbirlər, layihələr, konfranslar, ustad dərsləri və tələbələrin uğurları haqqında geniş xəbərlər öz əksini tapıb. Buna misal olaraq Ümumilli lider Heydər Əliyevə həsr olunmuş tədbirlər, SSRİ və Azərbaycanın Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli, BMA-nın rektoru, professor Fərhad Bədəlbəylinin yubileyinə həsr olunmuş silsilə tədbirlər, “Ü.Hacıbəyli adına IX Beynəlxalq Musiqi Festivalı”, Türkiyədə keçirilən III Musiqi və Rəqs konqresi, görkəmli bəstəkarlarımızın yubiley tədbirləri, akademiyanın beynəlxalq əlaqələri, ustad dərsləri, xəbərlər bölməsi, tələbələrimizin uğurları və bir çox məqalələr yer almışdır.

    Hər buraxılışında musiqisevərləri öz ətrafına cəmləyən jurnalın bu sayında da, məzmun etibarilə mühüm məqalələr öz oxuyucularına təqdim olundu. Jurnalı həmçinin elektron olaraq (https://issuu.com/vugarhumbatov/docs/mezzo____16) oxumaq mümkündür.