• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 dekabr 2021-ci il 

     24 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası prezidenti İlham Əliyevin 60 illik yubileyinə həsr olunmuş universitetlər arası bilik yarışı keçirilmişdir. Bilik yarışında Respublikanın  29 ali məktəbi iştirak edirdi.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası 29 universitet arasında 14-cü yerə layiq görülmüşdür. Yarışda BMA-nın komandasının iştirakçıları III kurs tələbələri-Fidan Əliyarzadə, Nihat Ağayev, Kənan Xəlilzadə, Əsmər İbazadə, Ləman Qulamova, Ülkər Tarverdiyeva iştirak etmişlər.