• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 dekabr 2020-ci il

    Regionlarda onlayn musiqi ustad dərsləri davam edir

    Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası,Mədəniyyət nazirliyi, “Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr” İB və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ”Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi:Orqanologiya və Akustika”elmi-tədqiqat laboratoriyası tərəfindən birgə keçirilən “Regionlarda onlayn musiqi ustad dərslərinin təşkili” (xanəndə, tar, kamança) adlı layihənin icrası noyabr -dekabr aylarında uğurla davam edir.

    BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru,professor Gülnaz Abdullazadə və elmi -tədqiqat laboratoriyanın müdiri,sənətşünaslıq üzrə fəlsəfə doktoru,dosent Nuridə İsmayılzadənin təşkilatı dəstəyi ilə keçirilən musiqi ustad dərslərinə cəlb olunan laboratoriyanın əməkdaşları:Azərbaycanın xalq artisti,professor Ramiz Quliyev,əməkdar incəsənət xadimi,professor Arif Əsədullayev, xalq artisti, dosent Zümrüd Məmmədova və elmi işçi,BMA-nın doktorantı, bəstəkar İlahə İsrafilova cədvəldə nəzərdə tutulan dərslərdə çox məsuliyyətlə və böyük həvəslə iştirak edirlər.Layihənin içrası ölkəmizin iki bölgəsində -Xaçmaz (Quba, Şabran, Qusar, Siyəzən) və Şamaxı (Ağsu, İsmayıllı,Qəbələ,Qobustan) daxil olmaqla Regional Mədəniyyət İdarələrinin rəisləri Nazim Ağayev və Elnur  Hüseynovun təşkilatı dəstəyi sayəsində baş tutmuşdur. Adı çəkilən bölgələrin müəllimlərinin əməyi nəticəsində gələcəyimiz olan şagirdlərdə ənənəvi musiqimizə böyük həvəs və maraq vardır.Hər bir məktəbdə Avropa alətləri ilə bərabər, milli çalğı alətlərimiz də uğurla tədris olunmaqdadır.Müşahidələr göstərdi ki,həmişəki kimi ustad dərslərinə böyük ehtiyac vardır,çünki görkəmli ifaçılarla ünsiyyətdə olmaqları müəllim və şagirdlərin xatirəsindən silinməz izlər buraxır .

      Hazırda dünyada Covid -19 pandemiyasının tüğyan etdiyi bir vaxtda ustad musiqi dərsləri onlayn qaydada keçirilir. Ustadlarımiz öz təcrübələrinə əsaslanaraq, bəstərlarımızin xalq çalğı alətləri üçün yazılmış konsert və pyeslərlə yanaşı, Avropa bəstəkarlarının əsərlərinin musiqiçilər tərəfindən işləmələrində dinamik işarələr, aplikatura,pozisiya,ştrixlər kimi praktiki və nəzəri məsələlərin vacibliyini iştirakçıların nəzərinə çatdırırlar.Ramiz Quliyevin “Bayatı -kürd”və “Bayatı -Şiraz” muğamlarının üzərində dayandı, Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Qızların rəqsi”, S.Rüstəmovun tar ifaçıları üçün dərsliyindəki etüdlərlə bağlı dəyərli məsləhətlərini verdi və bəzi istedadlı uşaqları dinləyərək, onlarla paralel ifa etməsi onlayn görüşünün məhiyyətini bir qədər də artırdı.Kamança ustadı Arif Əsədullayev müasir dövrümüzdə  ənənəvi çalğı alətimizin klassik ifa qaydalarına riayət olunmamasına xüsusi diqqət yetirdi və tədris zamanı doğru əl hərəkətləri, pozisiyanın aşılanmasının vacibliyini bir daha müəllimlərin nəzərinə çatdirdı.Digər ustadımız, elmi laboratoriyanin baş elmi işçisi, xanəndə Zümrüd Məmmədova öz növbəsində ifaçıların muğam və xalq mahnılarımıza yad böğazların gətirilməsini, zəngülə zamanı cümlənin ortasında nəfəsin alınmasının yol verilməz olduğunu bildirdi.

       Xaçmaz və Şamaxının ətraf rayonlarından olan müəllim heyəti BMA-nın rəhbərliyinə belə təşəbbüslərinə görə öz dərin minnətdarlıqlarını bildirərək, ustad musiqi dərslərinin istedadlı gənclərimizin üzə çıxmasında böyük rol oynadığını və bölgələrimizdə milli musiqi mədəniyyətimizin daha da inkişafına səbəb olacağını bildirdilər.

     

     Ü.Hacıbəyli adına BMA-nın elmi -tədqiqat

     laboratoriyasının müdiri,sənətşünaslıq üzrə

    fəlsəfə doktoru, dosent   Nuridə İsmayılzadə