• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Abduləliyev Ariz Əli oğlu

    Dosent

    Doğum yeri və tarixi: Azərbaycan Respublikası, Goranboy rayonu, 12.12.1958.

    İş yeri və vəzifəsi: Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası elmi laboratoriyasında aparıcı elmi işçi; “Ənənəvi musiqi və müasir texnologiyalar” kafedrasının dosenti vəzifəsində çalışır.

    Təhsili: 1974-1979 – A.Zeynallı adına Bakı musiqi məktəbi, “xalq çalğ alətləri” şöbəsi; 1979-1984 - Ü.Hacıbəyli adına ADK, “Azərbaycan xalq musiqisi - tar” şöbəsi. İfaçı və müəllim ixtisası (Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor O.Quliyevin sinfi); Fakultativ bəstəkarlıq kursu (F.Qarayevin assistenti, dosent Elnar Məmmədovun sinfi); 1996-2000 - AMEA Memarlıq və İncəsənət İnstitutunda istehsalatdan ayrılmamaqla “Musiqi sənəti” ixtisası üzrə aspirantura (Elmi rəhbər - Əməkdar elm xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, prof. Ə.İsazadə); 1998-2001 - Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, “dövlət və bələdiyyə idarəetməsi”, ikinci ali təhsil.
    Hal-hazırda Ü.Hacıbəyli adına BMA-nın dissertantı.

    Elmi-pedaqoji fəaliyyəti: 1975-ci ildən hal-hazıra kimi pedaqoji fəaliyyət; 1975-1979-cu və 1984-1991-ci illərdə uşaq musiqi məktəbində müəllim; 1991-1994-cü illərdə Azərbaycan Milli Yaradıcılıq Akademiyasında “musiqi problemlərinin tədqiqi” şöbəsində elmi işçi; 1995-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi laboratoriyasında müsabiqə yolu ilə elmi əməkdaş (1995), kiçik elmi işçi (1996, 2002), böyük elmi işçi (17.02.2006; 30.06.2011; 15.02.2017), aparıcı elmi işçi (15.09.2018 -hal-hazıra kimi); 1999-cu ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasında müəllim (1999), baş müəllim (2005; 2010), dosent (2012; 2017 - hal-hazıra kimi); Azərbaycan Milli Konservatoriyasında “Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında yarımştat müəllim (2003-2015).
    Hal-hazırda “Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafında və təbliğində rolu” dissertasiya mövzusu üzərində tədqiqat işi aparır.

    Elmi fəaliyyəti: “Elm və həyat”, “Qobustan”, “Musiqi dünyası”, “Konservatoriya”, “Mədəniyyətşünaslıq”, “İncəsənət və mədəniyyət problemləri”, “Mədəni həyat”, “Poisk” elmi jurnallarında, media orqanlarında musiqi mövzularında elmi və elmi-publisist məqalələri, informasiyaları, müsahibələri dərc olunub. Elmi məqalə toplularında məqalələri dərc olunub. Respublika elmi konfranslarında iştirak edib. Ü.Hacıbəyli adına BMA elmi laboratoriyasının Bilik Fondu ilə birgə layihələrində çıxış edir.

    Təltifləri: Azərbaycan Respublikasının “Tərəqqi” medalı (2005); SSRİ Bəstəkarlar İttifaqının Ümumittifaq xalq yaradıcılığı festivalının I dərəcəli diplomu (1988); Musiqişünasların Ü.Hacıbəyli adına respublika müsabiqəsinin I dərəcəli diplomu (1995); H.Əliyev adına Ali Hərbi Məktəbin Fəxri Fərmanı (2018); Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fəxri Fərmanı (2018, dekabr).

     

    Laboratoriyasının elmi işçiləri