• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Hüseynova Almaz Hüseyn qızı

    Baş müəllim

    Doğum yeri və tarixi:   Azərbaycan, Bakı şəh., 23 dekabr 1948-ci il.

    Təhsil:   1967-ci ildə Bül-Bül adına orta ixtisas musiqi məktəbini bitirib, həmin ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub.

    1972-ci ildə fortepiano ixtisası üzrə (Azərbaycan əməkdar incəsənət xadimi, professor E.Nəzirovanın sinifi) Konservatoriyanı bitirib.

    Pedaqoji fəaliyyəti:   1975-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında “Xalq çalğı alətləri” kafedrasında konsertmeyster vəzifəsində çalışıb.

    1978-ci ildən Azərbaycan Elmlər Akademiyasının “Memarlıq və İncəsənət” İnstitutunun aspiranturasını bitirib.

    1993-cü ildən “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında müəllim vəzifəsində çalışıb.

    1994-cü ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda, müəllim vəzifəsində çalışıb.

    2000-ci ildən kafedrada baş müəllim işləyir.

    Elmi fəaliyyəti: Bir sıra elmi məqalələrin və vəsaitlərin müəllifidir.