• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    İbrahimova Sevda Mirzə qızı

    Professor, Xalq artisti

    Doğum yeri və tarixi:   Azərbaycan, Bakı şəh., 28.11.1939-cu il.

    Təhsil:   1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının 2 fakultəsinə (fortepiano və bəstəkarlıq) qəbul olmuşdu.

    Fortepiano fakultəsini 1962-ci ildə, bəstəkarlıqı isə 1964-cü ildə bitirmişdi.

    Pedaqoji fəaliyyəti:

    1960 –ci ildə Bülbül adına Orta İxtisas musiqi məktəbində konsertmeyster, 1962-ci ildən isə müəllim vəzifəsində çalışırdı.

    1968-1971-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının musiqi tarixi kafedrasının, 1971-ci ildən “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında müəllim vəzifəsində çalışırdı.

    1974-Baş müəllim, 1989 – Dosent, 1994 – Professor.

    1988-ci ildən “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasında kafedra müdiri vəzifəsində çalışır. 2007 –ci lidən Azərbaycan bəstəkarlar ittifaqının üzvi.

    1989- Azərbaycan Respublikasının Əməkdar İngəsənət Xadimi

    2005 - Azərbaycan Respublikasının Xalq artisti.

    2008 -Azərbaycan Respublikasının fəxri təqaüdçüsü

    Elmi fəaliyyəti:   Əsərləri ABŞ, Fransa, İsveç, Almaniya, MDB ölkələri, Əlcazair və başqa ölkələrdə ifa olunur: fortepiano üçün 5konsert, 1 konsertino, "Əhval-ruhiyyələr", "Azərbaycan təranələri", 7 pyes, “Fortepianoda ifa təlimi üzrə müntəxabat”.