• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Bəstəkarlıq kafedrasının əsasnamə

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Elmi Şurasının
    29.05.2015-ci il tarixli iclasında (protokol № 9 qəbul edilmişdir)
    Elmi Şuranın sədri: L.Məmmədova Rektor: F.Ş.Bədəlbəyli

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar
    tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin
    Nümunəvi Nizamnaməsi” əsasında hazırlanmış


    ƏSASNAMƏ


    1.1   Ali təhsil müəssisəsinin kafedrası ali məktəbin (fakültənin) əsas tədris-elm strukturudur. Kafedra bir sıra fənlər üzrə tədrisin metodiki, elmi-tədqiqat və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisasların artırılmasını, təhsil alanlar arasında  tərbiyə işlərin ciddi nəzarəti həyata keçirir.
    1.2   Kafedranın kollektivi Azərbaycan Respublikasının qanunvericiliyinə, Təhsil Qanununa, Ali məktəb haqqında Əsasnaməyə, Ali məktənbin nizamnaməsinə  əsasən, attestasiya qaydalarına uyğun olaraq ali təhsil müəssisəsinin professor-müəllim heyətinin vəzifələrə seçilməsini formalaşdırır və fəaliyyət göstərir.
    1.3    Kafedraya ümumi rəhbərlik, bir qayda olaraq elmi dərəcəsi və fəxri adı olan kafedra müdiri tərəfindən həyata keçirilir.
    1.4    Kafedra iclaslarında öz səlahiyyətlərini həyata keçirən orqan, onun kollektividir. Kafedra  iclasları ayda bir dəfə, lazım olduqda, təxirə salınmaz məsələlərin həlli üçün növbədən kənar da çağırıla bilər.
    1.5    Kafedranın tərkibinə professorlar, dosentlər, məsləhətçilər, baş müəllim və digər kateqoriyalardan olan işçilər daxildir.
    1.6.   Kafedra ən azı 5 professor-müəllim (həmçinin 3 nəfər elmi dərəcəyə malik) olduqda yaradılır. Kafedranın illik tədris yükü üç min saatdan az olmamalıdır.
    1.7   Kafedrada  “İxtisas”, “Alətşünaslıq”, “Orkestrləşdirmə”, “Simfonik partitura qiraəti”, “Polifoniya”, “Xüsusi pedoqoji hazırlıq”, “Orkestr üslubu tarixi”, “Xor yazısının əsasları”, “Partitra üzərində iş”, “Köçürmə və işləmə”, “Bəstəkarlığın tarixi və metodologiyası”, “Müasir bəstəkarlıq texnologiyası”, “Aranjiman” fənləri tədris olunur.
    1.8    Kafedra iclaslarına və ixtisas imtahanlarına, ixtisas yönümlü digər ali məktəblərin, elmi-tədqiqat müəssisələrin, institut və təşkilatların mütəxxəsisləri də dəvət oluna bilər.
    1.9    Kafedra mövcud qayadada ali məktəb (fakültə) elmi şürasının təqdimatına  əsasən rektorun əmri ilə yaradılır və ləğv olunur.
    1.10  Kafedranın professor-müəllim və elmi-heyətin vəzifələrə seçilməsi bir qayda olaraq mövcud əsasnaməyə uyğun müsabiqə yolu ilə həyata keçirilir.
    1.11  Kafedranın və onun tərkibindəki digər struktur qurumlarının Əsasnaməsi Ali məktəb haqqında Əsasnaməyə uyğun olaraq hazırlanır və ali məktəbin elmi şurası tərəfindən təsdiq edilir.

    KAFEDRANIN ƏSAS VƏZİFƏLƏRİ


    2.1   Bütün təhsil formaları üçün tədris planlarında nəzərdə tutulmuş, nəzəri  məşğələ, fərdi və digər dərslərin yüksək səviyyədə aparılması və boloniya sisteminə uyğun olaraq imtahandan qabaq ilkin balların toplanılması;
    2.2   Kurs üzrə tələb olunan imtahan qabağı ilkin ballarln toplanılması məqsədi ilə imtahanın (kollokvium, seminar və s.) təşkili və keçirilməsi, buraxılış işlərinə və tələbələrin sərbəst dərslərinə rəhbərlik edilməsi;
    2.3   Tələbələrin gələcəkdə bəstəkar və pedaqoq kimi yetişməsində mühüm rol oynayan konsert, yubiley gecələri, konfrans, simpoziumlarda müxtəlif çıxışlara hazırlamaq və istiqamətləndirmək;
    2.4   Kafedrada tədris edilən fənlər üzrə proqramların işlənib hazırlanması və müvafiq qaydada tədris üçün təqdim olunması, həmçinin digər kafedralarda hazırlanan proqramlara rəy verilməsi;
    2.5   Dərslik, dərs vəsaitləri, metodiki vasitələr və göstərişlərin hazırlanması, rektorluğun göstərişi ilə tədris metodiki ədəbiyyata rəy verilməsi;
    2.6   Elmi-tədqiqat işlərinin aparılması, tələbələrin elmi-tədqiqat işlərinə rəhbərlik.
    2.7   Tamamlanmış elmi-tədqiqat işlərinin müzakirəsi, onların tədris və yaradıcılıq prosesinə daxil olunması;
    2.8   Kafedra əməkdaşlarının tədris, elmi-metodiki və digər işlərinin fərdi planlarının hazırlanması və həyata keçirilməsi;
    2.9   Respublikanın və xarici ölkələrijn ali məktəblərinin ayrı-ayrı kafedralarının preofessor-müəllim heyətinin qabaqcıl iş təcrübəsinin öyrənilməsi və yayılması yeni işə başlayan gənc müəllimlərə pedaqoji təcrübə toplamaqda köməklik göstərilməsi və onların təcrübəli müəllimlərin dərslərində iştirakının təmini;
    2.10  Tədris prosesində tələbələrin inkişafı məqsədi ilə müasir texniki vasitələrdən istifadə edilməsinə dair tədbirlər hazırlayıb həyata keçirilməsi;
    2.11  Elmi-pedaqoji kadrların hazırlanması;
    2.12  Kafedra əməkdaşlarının, həmçini rektorluğun (fakültənin) tapşırığı əsasında digər iddiaçıların dissertasiyalarının müzakirə edilib rəy verilməsi;
    2.13  Qabaqcıl təcrübənin öyrənilməsi üçün bu yönümlü ixtisasları tədris edən ali məktəb müəssisə və təşkilatlarla əlaqələrin yaradılması;
    2.14  Açıq dərslərin təşkili və protokollaşdırılması;
    2.15  Akademiyanın tədbirlərində, kafedra müəllimlərinin iştirakının təşkili;
    2.16  Professor-müəllim heyətinin müxtəlif mövzular əsasında tələbələr üçün mühazirələrin hazırlanması;
    2.17  Azərbaycan və dünya xalqlarının bəstəkar və müsiqişünaslarına həsr olunmuş konfrans, konsert və xatirə gecələrinin təşkili, çıxışların təşkili;
    2.18  Buraxılış işlərinin (simfoniya, simfonik poema və s.) müzakirəsi, təsdiq olunması;
    2.19  Tələbələrin hüquqlarını nəzərə alaraq ixtisas üzrə müəllim seçimlərini təmin etmək;
    2.20  Kafedra qarşısında duran digər məsələlərin də müzakirəsi və müvafiq qərarların qəbul edilməsi.

    KAFEDRA İCLASLARI

    Kafedra iclaslarında aşağıdakı məsələlər müzkirə olunub təsdiq edilir:

    3.1    Kafedranın bütün fəaliyyət növləri üzrə, eyni zamanda müəllimlərin elmi-tədqiqat, tədris yaradıcılıq heyətinin plan və hesabatları;
    3.2    Kafedra tərəfindən tədris olunan fənlər üzrə dərslik və dərs vəsaitləri, tədris vəsaitləri, proqramlar;
    3.3    Müəllimlərin tədris yükü və tədris yükünün bölünməsi;
    3.4    Kafedra tərəfindən təşkil olunan seminarların və konfransların tematikası;
    3.5    Kafedra müəllimlərinin elmi dərəcə alması üçün təqdimatın müzakirəsi;
    3.6    Kafedra iclasında qəbul olunan qərarlar barədə fakültənin elmi iclasına, zərurət olduqda isə ali məktəb rektorluğuna və elmi şuraya məlumatın verilməsi;
    3.7    Kafedra müdirinin seçilməsi;
    3.8    Elmi və tədris metodiki işlərin müzakirəsi
    3.9    Bəstəkarlıq ixtisasının spesifikliyini nəzərə alaraq proqramalar, sillabus, fərdi plan və imtahan təlabatlarının mütəmadi olaraq redaktə olunması;
    3.10  Kafedra iclasında qərarlar açıq səsvermə yolu ilə qəbul edilir, tədris-metodiki məsələlərin və kafedra əməkdaşlarının işə qəbul olunması haqqında təqdimatın müzakirəsi, tədris-tərbiyə prosesində iştirak edən kafedra üzvlərinin səsi həlledicidir.

    KAFEDRA MÜDİRİ


    4.1    Kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir;
    4.2    Hər il kafedranın fəaliyyəti barədə hesabat təqdim edir;
    4.3    Fakültə və kafedranı kənar təşkilatlarda təmsil edir;
    4.4    Kafedranın fəaliyyətinin nəticələrinə görə kafedranın kollektivi, fakültə, ali məktəb elmi şurası və rəhbərlik qarşısında məsuliyyət daşıyır;
    4.5    Kafedraya rəhbərlik qanunavericiliklə müəyyən edilmiş qaydada təyin olunan kafedra müdiri həyata keçirir;
    4.6    Kafedra müdiri kafedra müəllimlərinin və tələbələrinin dərsə davamiyyətinə, keçid və imtahanlarına nəzarət edir;
    4.7    Kafedra müdiri fərdi dərs cədvəllərinin qurulmasında nəzarət edir.