• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    Fortepiano fakültəsi

    Mustafazadə Vaqif Əziz oğlu

    (16.03.1940, Bakı - 16.12.1979, Bakı)

    Pianoçu, bəstəkar, caz musiqi ifaçısı, bədii rəhbər. Azərbaycan əməkdar artisti (1979)

     Azərbaycan Dövlət mükafatı laureatı (1982, ölümündən sonra). Beynəlxalq caz festivallarının laureatı olmuşdur.
    Azərbaycan Dövlət Musiqi Məktəbini bitirmişdir (1963). Gürcüstan Filarmoniyasında “Qafqaz” caz-triosunu yaratmışdır (1965). Azərbaycan Dövlət Estrada Orkestrinin solist-pianoçusu (1969-1970) olmuşdur. “Leyli” adlı ilk qadın vokal kvartetinin (1970), “Sevil” vokal-instrumental ansamblının (1971-1977) və “Muğam” instrumental ansamblının (1977-1979) yaradıcısı və bədii rəhbəri olmuşdur.

    Orijinal ifaçılıq üslubuna malik olan V.Mustafazadə Azərbaycan muğamlarını, xalq mahnı və rəqslərini yaradıcılığında işləmişdir. O, “Tallin-66”, “Tbilisi-78” Ümumittifaq caz festivallarının laureatı olmuş, bəstəkarların Monte-Karloda VIII Beynəlxalq caz müsabiqəsində (Monako, 1978) I mükafata layiq görülmüşdür. V.Mustafazadə fortepiano və simfonik orkestr üçün Konsertin, “Muğam” simfoniyasının (tamamlanmamışdır) və s. əsərlərin müəllifidir.

    Vaqif Mustafazadənin ev-muzeyi Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı kimi fəaliyyət göstərir. “Musiqi dünyası” jurnalı tərəfindən “Vaqif Mustafazadə” memorial saytı yaradılmışdır.