• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    8 – 22 sentyabr 2019-cu il tarixində Gürcüstanda yeni təşkil olunmuş təntənəli Tsinandali Festivalı keçiriləcək.


    Festivalın əsas istiqaməti Jinandrea Nozedanın rəhbərliyi ilə Pan Qafqaz Gənclər Simfonik Orkestrinin formalaşdırılmasıdır.
    Bu orkestrin tərkibində solist kimi Azərbaycan musiqiçiləri də iştirak etməlidirlər.
    Azərbaycan musiqiçiləri öncə 24-25 yanvar tarixində BMA-nın Komissiyası tərəfindən təşkil ediləcək dinləyişlərdən keçməlidirlər.
    Bu dinləyişlərdən uğurla keçən şəxslər14-15 fevral tarixində Tsinandali Festivalının təşkilatçılarından ibarət Komissiya tərəfindən Bakıda təşkil olunacaq dinləyişlərdə iştirak edə bilərlər.
    Ətraflı məlumatı www.tsinandalifestival.ge/orchestra saytından əldə edə bilərsiniz.
    Əlaqə telefonu: +994 50 409 20 92