• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəylinin təşəbbüsü ilə BMA təqdim edir:

     #evdeyaratbma #createathomebma BMA-nın əziz müəllimləri, məzunları və tələbə heyəti! Dünya və Azərbaycan klassik musiqisini evdən canlı dinlə virtual layihəsini elan edirik. Hal-hazırdakı şəraitdən istifadə edərək maraqlı layihəyə start veririk! Hər kəs ifa etdiyi alətdə musiqi parçası ifa edərək video yazısını Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundovanın Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. email ünvanına, 0558663104 nömrəsinə whatsappla göndərə bilər. Bu videolar #evdeyaratbma #createathomebma hashtagları ilə BMA-nın rəsmi səhifələrində paylaşılacaqdır. Gəlin bir-birimzə dəstək olaq və bu günləri öz tövhəmizlə rəngarəng və maraqlı edək! Karantin rejimində bizimlə olun! (Videolarınızı elektron ünvana, whatsappa və ya inboxa göndərdikdən sonra yoxlanış üçün bu postun altında, rəydə qeyd edə bilərsiniz. Videonu göndərərkən özünüz və əsər haqqda məlumat yazın)

    İcraçılar: Azər Hacıələsgərli, Röya Hüseynova

    #evdeyaratbma #creatathomebma #evdeqalsağlamqal #bmahomemusic #BMAteqdimedir #bmavirtual #bmaevdendinle