• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

     

    “Hərbi marş” - Müsabiqə!

    27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində yalnız irəliyə doğru addımlamaqla rəşadətli Azərbaycan ordusu və qəhrəman övladlarının şücaəti ilə mənfur düşmənə ağır zərbələr endirilir, işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan Dövlət bayrağı dalğalandırılır!

    Bununla əlaqədar olaraq Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasının təşəbbüsü ilə “Hərbi marş” adlı müsabiqə keçirilir.

     

    MÜSABİQƏNİN ŞƏRTLƏRİ:


    Müsabiqəyə təqdim olunan əsər not və ya video formatında 18 oktyabr 2020-ci il tarixinə kimi Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  elektron ünvanına göndərmək lazımdır.

    MÜSABİQƏDƏ I YER QALİBİ MÜKAFATLA TƏLTİF OLUNACAQ.

     

    Münsiflər heyətinin üzvləri:

    Əməkdar incəsənət xadimi, professor Aydın Əzimov  

    Əməkdar müəllim, professor Nərminə Quliyeva

    Sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova

    Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev

    Əməkdar İncəsənət xadimi, professor Məmmədağa Umudov