• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    "Zəfər günü" konsert

    12 noyabr 2021-ci il tarixində saat 14:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Q.Qarayev adına Mərkəzi incəsənət məktəbi və Sankt-Peterburq musiqi liseyinin təşkilatçılığı ilə Sankt-Peterburq Musiqi Liseyinin müəllim və məzunlarının iştirakı ilə "Zəfər günü", Sankt-Peterburq Musiqi Liseyinin 25 illiyi və BMA-nın 100 illiyinə həsr olunmuş "Sankt-Peterburqun Musiqi Xəzinəsi" adlı konsert keçiriləcəkdir.

    Konsert proqramında rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcəkdir.