• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 fevral 2021-ci il

    Azərbaycan xalqının tarixinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə "Xocalı faciəsi" kimi daxil olmuşdur.

    Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edərək, azərbaycanlılara qarşı soyqırım aktını törətmişlər.

    Bu hərbi təcavüz zamanı şəhər ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmişdir.

    2020-ci il 29 sentyabr və 10 noyabr tarixlərində 44 günlük Vətən müharibəsində  işğal olunan bütün  torpaqlarımız düşməndən azad edilərək, ərazi bütövlüyümüz təmin olunmuşdur.

    Hər il ölkəmizdə Xocalı soyqırımı qurbanlarının ildönümünə həsr olunan müxtəlif tədbirlər hazırlandığı kimi, bu il də 25 fevral 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor, müəllim və tələbə heyətinin iştirakı ilə Zoom proqramı vasitəsilə onlayn tədbir keçirildi.

    İlk öncə Bakı Musiqi Akademiyasının "Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru", Xalq artisti, professor Yeganə Axundova hər kəsi salamlayaraq və tədbir iştirakçıları ilə birgə Xocalı soyqırımı qurbanlarını  bir dəqiqəlik sükutla yad etdilər. 

    Y.Axundova 1992-ci ildə Xocalıda əliyalın, dinc sakinlərə qarşı mənfur düşmən tərəfindən  törədilən vəhşiliklər, öz el-obasından didərgin düşən, qaçıb xilas olmaq istəyən insanlara aman verilməyib, günahsız soydaşlarımıza yollarda, meşələrdə pusqu quran erməni hərbçilərinin xüsusi amansızlıqla qətlə yetirməsi haqqında danışdı.

    Sonra tədbirdə qonaq qismində iştirak edən  Xocalıda doğulub, böyüyən Samirə Hüseynova  həmin qanlı gecənin şahidi olaraq, qadınlara, uşaqlara, yaşlılara, insanlığa qarşı ermənilər tərəfindən görünməmiş qəddarlıqlardan, amansızlıqlardan danışaraq, yaşadıqları dəhşətləri, acı xatirələrini xatırladı.

     Ardınca Yeganə Axundova BMA-nın "Nəfəs və Zərb alətləri" kafedrasının müdiri, Azərbaycanın Xalq artisti, professor, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi  Hərbi Orkestr xidmətinin rəisi, General-mayor Yusif Axundzadəni təqdim edib, onu

     Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Şərəf" ordeninə layiq görülməsi münasibətilə təbrik etdi.

    Y.Axundzadə də öz növbəsində  Xocalı soyqırımı qurbanlarının xatirəsini anaraq, bu soyqırımın Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biri olduğunu qeyd etdi.

    Daha sonra  Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Xarici tələbələrlə iş üzrə şöbə müdiri, Böyük Elmi işçi Vüqar Hümbətova söz verildi. O, Xocalı Soyqırımınına həsr olunan musiqi əsərlərindən bəhs etdi. V.Hümbətov yaradıcılığında Xocalı Soyqırımına həsr olunan bəstəkarların əsərlərini araşdırmış və tədbirdə dünyanın bir çox böyük şəhərlərində ifa edilən belə əsərlərdən bir neçəsini video şəklində dinləyicilərə təqdim etdi.

    Çıxışlar arasında BMA-nın tələbələrininin Xocalı Soyqırımının ildönümünə həsr olunmuş  ifaları səsləndirildi.

    Sonda isə tədbir Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin Rəisi, Əməkdar İncəsənət xadimi, dosent, polkovnik leytenant Rüfət Axundzadənin rəhbərliyi ilə "Qələbə marşının" sədaları ilə yekunlaşdırıldı.