• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 oktyabr 2021-ci il

     1 oktyabr, 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında VIII Uluslararası “Muzik ve Dans Konqresinin” (VIII Beynəlxalq Musiqi və Rəqs” konqresi) açılış mərasimi keçirilmişdir.

    1-3 oktyabr tarixlərini əhatə edəcək Konqresdə 9 fərqli ölkədən 200-dən çox iştirakçı yer alacaq. Bundan başqa 114 çıxış, 28 konsert və 3 rəsm sərgisi də məhz konqres çərçivəsində həyata keçiriləcək.

    Konqresin konfransları Bakı Premium Park Oteldə, konsertlər isə Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının zalında gerçəkləşdiriləcək.

    Beynəlxalq konqres Azərbaycan və Türkiyə himnlərinin səsləndirilməsi ilə başlanmışdır. Bundan sonra konqres iştirakçılarına Bakı Musiqi Akademiyasının 100 illik təntənəli yubileyinə həsr olunmuş videoçarx təqdim olunub.

    Tədbirin davamında Konqresin rəhbəri, professor, Kürşad Gülbeyaz giriş sözü ilə çıxış edərək 3 gün ərzində keçiriləcək simpozium haqqında məlumat verib, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi münasibətilə rektor, xalq artisti, professor Fərhad Bədəlbəyliyə təbriklərini çatdırmış və tədbir iştirakçılarına uğurlar diləmişdir. Belə ki, konqresin bu il məhz Bakıda keçirilməsinin xüsusi əhəmiyyətini vurğulayan Gülbeyaz konqres dəstəkçisi olan universitetlərin rəhbərlərinə öz təşəkkürünü bildirib.

    Tədbirdə Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli qonaqları salamlamış, konqresin əhəmiyyətindən, Türk dünyası və onun birliyindən, habelə, Azərbaycanın şanlı zəfərindən, bu zəfərdə öz dəstəyini əsirgəməyən qardaş ölkə ilə dost münasibətlərdən söz açıb.  

    Konqresdə Azərbaycan Milli konservatoriyasının elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsini icra edən Xalq artisti Nailə Məmmədzadə, Muğla Sıtkı Koçman Universitetinin rektoru, professor, doktor Hüseyin Çiçek, Sakarya Universitetinin rektoru Fatih Savaşan, Qırğızıstan Ənənəvi Musiqi Fondunun prezidenti Adelya Karmaliyeva, o cümlədən, Antalya Kültür və Eğitim Vakfı Universitetin rektoru, professor Kamile Perçin Akgül, Azərbaycan Respublikasının Xalq artisti, rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova və s. Kimi mötəbər şəxslər çıxış edərək konqresin keçirilməsində əməyi keçənlərə öz təşəkkürlərini bildirmiş, iştirakçılara uğurlar arzulamışlar. Bundan başqa Beynəlxaq simpoziumun digər ölkələrdən olan iştirakçıları video-formatda qoşularaq öz təbriklərini və ürək sözlərini çatdırmışlar.

    Tədbirin sonunda “Solo oxuma və opera hazırlığı” kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının Əməkdar artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, vokalist   İlham Nəzərov, vokalist Tofiq Zeynalov, respublika və beynəlxalq müsabiqələr laureatı, pianoçu Nərgiz Kəngərlinin ifasında M. Maqomayevin “Azərbaycan, F. Bədəlbəylinin “Ave Maria”, o cümlədən, C. Hacıyevin “Ballada” əsərləri səsləndirilib.