• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 İyul 2022-ci il

    1 İyul 2022 il tarixində Bakıdakı Rus evində Ü.Hacibəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, beynəlxalq müsabiqələr laureatı Lalə Muxtarovanın "Ещё раз про любовь"(Bir daha məhəbbət haqqında") yaradıcılıq layihəsi çərçivəsində konserti olmuşdur.

    Rus evi səhnəsində Bakıda tanınmış, aralarında cavan olan yaradıcı xadimlər də iştirak etmişdilər. Azərbaycanın Rus və Tatar gənclər cəmiyyətinin, təhsil və mədəniyyət qurumlarının nümayəndələri iştirak etmişdilər.

    Tədbirdə beynəlxalq müsabiqələr laureatı,   BMA- nın baş müəllimi Lalə Muxtarova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina, beynəlxalq müsabiqələr laureatı, BMA- nın konsertmeysteri Dilarə Kərimova, Azərbaycan Respublikasının Əməkdar artisti Anton Ferştandt, bəstəkar və vokalçı Qasım Xəlilov, beynəlxalq müsabiqələr laureatı Kamilla İmanova, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik filarmoniyanın solisti Talət  Hüseynov, Rusiyanın "Russkoye pero" milli mükafatının sahibi şair Sahib Məmmədov, BMA-nın tələbəsi, Prezident təqaüdçüsü Elçin Məmmədov, BMA-nın tələbəsi, Səs Azərbaycan 1/8 finalçısı, beynəlxalq müsabiqələr laureatı, Lalə Zeynal, beynəlxalq müsabiqələr laureatı BMA- nın tələbəsi Məhəbbət Ocaqverdiyeva, BMA-nın tələbələri Aysel İbrahimli və Azər Səfərzadə iştirak etmişdilər. Konsertdə aşağıdakı bəstəkarlarının əsərləri səslənmişdir:

     F.List, İ.S.Bax,  P.İ.Çaykovski, M.Qlinka, F. Sücəddinov, R.Leonkavallo, K.Velaskes, F.Ley, B.Hovard, D.Volf, B.Fomin, J.Sebag, N.Paqanini-D. Garett, Q.Xəlilov.

    "KİŞ", "Arıya" qrupların  və Elvis  Presli repertuarlardan kompozisiyalar və B.Pasternakın, S.Məmmədovun və L.Muxtarovanun şeirləri səsləndirilmişdir.

    Konsert tam anşlaqla keçirildi.