• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 fevral 2019-cu il

      Nuridə Cəfər qızı İsmayılzadəni yubileyi münasibəti ilə təbrik edirik!


    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqonoloqiya və akustika” elmi – tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə xanım İsmayılzadeni 60 illik yubileyi münasibəti ilə, laboratoriyamızın bütün əməkdaşları adından səmimi qəlbdən təbrik edirik!
    Nuridə xanım İsmayılzadə laboratoriyaya rehberlik etdiyi ilk gündən etibarən, laboratoriyada artıq uzun iller formalaşmış ənənələrə dayaqlanaraq, zamanın tələbinə uyğun olaraq inkişafa, yeni elmi tərəqqi və istiqamətlərə can atmışdır. Dərin elmi biliklərə malik olan Niridə xanım İsmayılzadənin uzaqgörənliyi, professionallığı və yüksək təşkilatçılıq bacarığı danılmazdır və bir rəhbərə lazım olan ən əsas keyfiyyətlərdir.
    Nuridə xanımın bir ziyalı və bir rəhbər kimi şəxsiyyətinin ən əsas xüsüsiyyəti onun , əməkdaşların elmi bazasından istifadə edərək, musiqimizin təbliği və inkişafıa verdiyi töhvədir. Elmi laboratoriya onun rəhbərliyi altında ,bu qısa dövrdə bir sıra yadda qalan nailiyyətlərə imza atmışdır. Hal – hazırda elmi laboratoriyanın apardığı tədqiqatlar, üzərində işlədiyi bir sıra möhtəşəm proyektlər, bölgələrdə və Bakıda keçirdiyi uğurlu seminar və konsertlər, artıq sadəcə bir elmi laboratoriyanın çərçivələrini aşaraq sözün əsil mənasında iri həcmli elmi mərkəzin funksiyasını yerinə yetirir.
    Biz də, elmi əməkdaşlar öz növbəmizdə Nuridə xanımı bir rəhbər kimi dəstəkləyirik, onun tərəqqi və ikişafa doğru apara biləcək bütün elmi proyektlərində daima çiyin –çiyinə addımlayacağımıza söz veririk. Bir daha hörmətli , hamı tərəfindən çox sevilən Nuridə xanımı tebrik edirik, möhkəm can sağlığı, tükənməz enerji və fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq.

    “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni
    istiqamətlərinin tədqiqi: orqonologiya və akustika” elmi
    tədqiqat laboratoriyası