• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 may 2022-ci il

     Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası “Freelancing in Creative Industries” başlıqlı təlimlərə start vermişdir.

    British Councilun dəstəyi və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə təşkil olunan təlimlərdə iştirak edən tələbələr fərqli sektorlarda inkişaf dinamikaları, fərdi keyfiyyət və bacarıqların səmərəli istifadəsi, özünükəşf metodları və s. kimi sahələrdə bilik və bacarıqlarını artırmaqla yanaşı, həm də təhsil sonrası iş həyatına adaptasiya mövzularında da özlərini önə çəkə bilərlər.

    Beynəlxalq Sosial və Ekonomik inkişaf strategiyaları mövzularında Amerikada təhsil almış təlimçi Nərmin İbrahimova 12 həftəlik proqram müddətində tələbərin gələcəyə yönəlik fərdi inkişaf dinamikalarının, fəaliyyət istiqamətlərinin müəyyən olunmasında yaxından iştirak edir.