• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 iyul 2021-ci il 

    Tələbələrimiz Creative Spark "Big Idea Challenge 2021" ölkə finalçıları sırasındadır!

    Bakı Musiqi Akademiyasının 2 tələbəsi Britaniya Şurasının Creative Spark Proqramı çərçivəsində təşkil edilən “Big Idea Challenge 2021” ölkə üzrə 12 finalçı sırasındadır.

    Tələbələr ən çox səs toplamaqla ölkə çempionluğu üçün yarışacaqlar.

    Xalq səsverməsi iyulun 5-dən 18-dək davam edəcək. Bu müddət ərzində Creative Spark proqramının iştirakçısı olan hər ölkədə ən çox səs toplayan komanda xalq səsverməsinin qalibi seçiləcək. Ölkə qalibləri müxtəlif mükafatlara və ideyalarını reallaşdırmaq üçün biznes mentorluğuna layiq görüləcəklər.

    Tələbələrimizi dəstəkləmək və onların ideyalarına səs vermək üçün aşağıdakı keçidə daxil ola bilərsiniz:

    Nijat Baghirov - Find Your Musician

    https://creativespark-bigidea.uk/vote-for-idea-13

    Elnura Sadigova - ProtectHer

    https://creativespark-bigidea.uk/vote-for-idea-21

    Tələbələrimizə səs verərək onların ölkə qalibi seçilməsi üçün dəstək ola bilərsiniz.

    Müsabiqənin bütün iştirakçılarına uğurlar arzulayırıq.