• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 – 30 iyun 2022 il

    Azərbaycanda yeni layihə: “Musiqiçilərin pedaqoji ustalığı” Birinci Beynəlxalq Festival-müsabiqə

    Daim yeni işləri ilə irəliyə doğru addımlayan, ölkəmizin musiqi təhsili prosesində mühüm əhəmiyyətə malik – BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası növbəti dəfə Beynəlxalq festival-müsabiqəyə ev sahibliyi etdi. Bir çox elmi-ifaçılıq konfransların, Beynəlxalq və Respublika müsabiqələrinin müəllifliyini etmiş məktəb-studiyanın yaradıcısı və direktoru, AR Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tərlan Seyidov bu dəfə də respublikamızda ilk dəfə olaraq həyata keçirilmiş “Musiqiçilərin pedaqoji ustalığı” festival-müsabiqəsinin layihə rəhbəri kimi çıxış etdi. Azərbaycan Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin təşkilati və informasiya dəstəyi ilə keçirilən bu layihə Bakı Musiqi Akademiyasının 100 illik və BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının 40 illik yubileylərinə həsr olunmuşdur. Festivalın təşkilat komitəsinin və münsiflər heyətinin sədri – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və AR Xalq artisti, professor Fərhad Bədəlbəyli idi.

    2022-ci il 1 – 30 iyun tarixlərinə təsadüf etmiş “Musiqiçilərin pedaqoji ustalığı” Beynəlxalq festival-müsabiqə genişformatlı bir layihə idi. Belə ki, burada fortepiano, simli, nəfəs alətləri üzrə açıq dərslər təqdim olunmuşdur. Eyni zamanda nəzəri fənlərdən ibarət (solfecio, musiqi ədəbiyyatı, musiqinin elementar nəzəriyyəsi) açıq dərslər göstərilərək, yüksəkixtisaslı münsiflərin ixtiyarına verilmişdir. Açıq dərslər YouTube saytında yerləşdirilmiş 30 dəqiqəlik videoyazıdan ibarət idi.

    Məlum olduğu kimi, bu layihə həm festival, həm də müsabiqə formatında keçirilmişdir. Festivalda – iş stajından və mövcud ixtisas kateqoriyasından asılı olmayaraq, yaş məhdudiyyəti nəzərə alınmadan, müsabiqədə isə 50 yaşa qədər müəllimlər iştirak edirdilər.

    İlk olaraq qeyd etməliyik ki, bu festival-müsabiqə yerli və xarici professor-müəllim heyətinin böyük əməyi nəticəsində ərsəyə gəlmişdir. Festival-müsabiqədə təqdim olunan açıq dərs və məruzələr BMA-nın, Milli Konservatoriyanın, APİ-nin professor və müəllim heyəti, həmçinin xarici peşəkar musiqiçilər tərəfindən qiymətləndirilirdi. Festival iştirakçıları artıq püxtələşmiş, seçdikləri sahə üzrə öz sözlərini demiş pedaqoqlar idi. Ustad dərslər nümayiş etdirmiş müəllimlər arasında “Vokal” nominasiyası üzrə Azərbaycanın Xalq artisti, “Şöhrət” ordenli opera ifaçısı, professor Xuraman Qasımova, “Fortepiano” nominasiyası üzrə – hal-hazırda xaricdə fəaliyyət göstərən həmyerlilərmiz Namiq Sultanov (ABŞ) və pianoçu Samir Mirzəyev (Türkiyə), “Musiqi ədəbiyyatı” nominasiyası üzrə G.Şaroyev adına 35 saylı Musiqi məktəbinin müəllimi Nüşabə Quliyeva, “Musiqi metodikası” nominasiyası üzrə Anna Smexova (Ukrayna), “Nəfəs alətləri” nominasiyası üzrə Lidiya Fomenko (Başqırdıstan) “Yüksək pedaqoji ustalığı” diplomu ilə təltif olunmuşdular. Bizim gənc müəllimlərimiz onların sərgilədikləri, nümunəvi tədris prosesindən bəhrələnməli və gələcək fəaliyyətlərində bu kimi dərslərin tətbiqinə çalışmalıdırlar.

    Festivalda diplomant adına layiq görülmüş müəllimlər arasında “Musiqi nəzəriyyəsi” nominasiyası üzrə BMA-nın elmi işçisi İmina Əliyeva, Liliya Kuznetsova (Qazaxıstan), “Fortepiano” nominasiyası üzrə G.Şaroyev adına 35 saylı Musiqi məktəbinin müəllimi Kamilla Əmirova, BMA-nın müəllimləri Lalə Atakişiyeva və Yuliya Kərimova, “Musiqi metodikası” nominasiyası üzrə professorlar Tamilla Kəngərlinskaya (BMA), Adilə Mailova (BMA) və Minarə Dadaşovanın (ADPU) adlarını vurğulamalıyıq.

    Nəzəri fənlər üzrə münsiflər heyətinin üzvləri BMA-nın professorları Gülzar Mahmudova, Könül Nəsirova, Zümrüd Dadaşzadə, musiqişünaslar – Tahirə Kərimova (Türkiyə), Raya Abbasova, Vera Voyxanskaya (İsrail), Anton Somov (Qazaxstan) və məktəb-studiyanın müəllimi – musiqişünas Rəna Məmmədova olmuşdular.

    “Musiqi ədəbiyyatı” nominasiyası üzrə laureat adına layiq görülmüş iştirakçılar arasında Mariya İqnatenko (Qazaxıstan) bir neçə maraqlı mövzusu ilə müsabiqəyə qatılmışdır. İştirakçının seçdiyi mövzular arasında Sergey Dyagilevin yaradıcılığından geniş bəhs olunur. Dəyərli münsiflərdən – professor Zümrüd Dadaşzadə qiymətləndirmə zamanı öz qısa şərhində Dyagilev festivalının tamaşaları haqqında ətraflı məlumatı, eyni zamanda gənc nəslə ötürüləcək, özündə yenilik daşıyan informasiyaları çox yüksək qiymətləndirmişdir. Xarici iştirakçı eləcə də Azərbaycan musiqi mədəniyyətini zənginləşdirən, özünəməxsus yazı üslubu ilə geniş auditoriyanın sevgi və rəğbətini qazanmış görkəmli bəstəkar Qara Qarayev yaradıcılığına müraciət etmişdir. Əlbəttə ki, doğma diyarımızın musiqi mədəniyyətinin xarici ölkələrdə araşdırılıb öyrənilməsi bizi çox fərəhləndirir.

    Laureat adına layiq görülmüş digər iştirakçı Bakı Musiqi Akademiyasının müəllimi Leyla Zöhrabova olmuşdur. Onun müraciət etdiyi mövzuda Azərbaycan xalq rəqslərinin tarixi inkişafı və milli xüsusiyyətlərindən bəhs olunurdu. Həmin açıq dərsdə tələbələr Azərbaycan xalq rəqslərimizin gözəlliyinə, ecazkarlığına və yaxud, şücayət dolu təbiətinə bir daha şahid oldular.  

    BMA-nın məktəb-studiyasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru – Aytən İbrahimova Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına öz töhfələrini vermiş sənətkarların – Üzeyir Hacıbəyli, Arif Məlikov, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə, İsmayıl Hacıbəyov, Ramiz Mirişlinin həyat və yaradıcılıqlarına aid silsilə videoyazılar təqdim etmişdir. Bu məruzələrin hər birində maraqlı məqamlar əks olunurdu. Nümunə olaraq, Azərbaycan klassik musiqisinin banisi – Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasını vurğulamalıyıq. Xüsusilə qeyd etməliyik ki, həmin videoyazı Üzeyir bəyin ev muzeyində çəkilmişdir. Sözsüz ki, “Arşin mal alan” mövzusunun həmin məkanda təqdim olunması şagird və tələbələrin yaddaşlarında daha yaxşı həkk olunmasına kömək edirdi. Digər marağa səbəb olan məqam – A.İbrahimovanın, Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar A.Məlikovun çoxşaxəli yaradıcılığının müxtəlif sahələrini əks etdirən silsilə videoyazılar olmuşdur. Məruzədə bəstəkarın bir çox xarici ölklərdə səhnələşdirilən məşhur baletləri haqqında, həmçinin simfoniyalarından, ələlxüsus da tarixi şəxsiyyət Ulu öndər Heydər Əliyevə həsr olunan VIII simfoniyasından bəhs olunurdu.

    Zəngin musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Azərbaycan estrada musiqisinin banisi, SSRİ Xalq artisti, bəstəkar Rauf Hacıyevin həyat və yaradıcılığı haqqında BMA-nın məktəb-studiyasının müəllimi Şəfəq Hacıyeva geniş məruzə təqdim edərək laureat adına layiq görülmüşdür. Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin tərəqqisi yolunda gördüyü işlər, bəstələdiyi bir-birindən gözəl əsərlər videoyazıda ətraflı şəkildə öz əksini taparaq, münsiflər heyətinin marağına səbəb olmuşdur.

    Xüsusi diqqətə və laureat adına layiq görülmüş Ayşa Nadırbekova (Qazaxıstan) geniş kütləyə az məlum olan “Krossover” musiqili cərəyanından bəhs etmiş və burada iki və yaxud, bir neçə üslubun birləşməsindən söhbət açmışdır. O, öz çıxışında dünya şöhrətli müğənni, “Queen” rok-qrupunun ifaçısı Freddi Merkyuri və ispan əsilli, tanınmış opera müğənnisi Monserrat Kabalyenin birgə ifalarını, eləcə də əfsanəvi “üçlük” – Luçiano Pavarotti, Placido Dominqo və Xose Karrerasın vəhdət təşkil edən çıxışlarını bir nümunə kimi göstərmişdir.

    “Musiqi ədəbiyyatı” nominasiyası üzrə diplomant adını almış bir çox iştirakçılar arasında yerli iştirakçılarla yanaşı digər ölkələrin nümayəndələri də var idi. Şəhərdaxili musiqi məktəblərimizdən – 4 saylı UİM-nin müəllimi Həşimova Nuridə “Asəf Zeynallının həyat və yaradıcılığı”, Ş.Ələkbərova adına 20 saylı Onbirillik musiqi məktəbinin müəllimi Cəfərova Lalə “Səid Rüstəmovun həyat və yaradıcılıq yolu”, Qazaxıstanlı iştirakçılar – Jumaş Yıldız “Anri Vyotanın həyat və yaradıcılığı”, Şerer Olqa və Mukuşeva Asel isə birgə hazırladıqları “Skandinaviyanın müasir musiqisi” adlı mövzuları ilə bu müsabiqədə çıxış etmişdilər.

    Təqdirəlayiq açıq dərslərdən biri də, P.Çaykovski adına musiqi kollecinin müəllimi – Anton Somovun “Musiqi dərslərində emosional intellektin inkişafına” dair mühazirəsi olmuşdur. Münsiflər heyəti tərəfindən yekdil qərara əsasən o, “Musiqi psixologiyası” nominasiyası üzrə laureat adına layiq görülmüşdür.

    “Solfecio və musiqi nəzəriyyəsi” nominasiyası üzrə 5 laureat və 9 diplomant olmuşdur. Laureatlar – C.Hacıyev adına 3 saylı Onbirillik Musiqi Məktəbinin müəllimi – Çiçək Talıbova, Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi – Fəriqə Məmmədzadə, BMA-nın məktəb-studiyasının müəllimləri – Aytən İbrahimova və Şəfəq Hacıyeva, Xırdalan Onbirillik Musiqi Məktəbinin müəllimi – Sevinc İbrahimova idi.

    Çox sevindirici haldır ki, müsabiqəyə Azərbaycanın digər regionlarından da bir çox iştirakçı qatılmışdır. Onlardan Sumqayıt, Ağdam, Quba, Qusar, Şirvan, Şamaxı, Lənkəran, Şəki, Mingəçevir, Saatlı, Yevlax, Cəbrayıl, Qobustan, Xırdalan, Göyçay, Gəncə, Qax kimi şəhər və rayonların adlarını çəkə bilərik. Həmin iştirakçılar arasında müxtəlif nominasiyalar üzrə laureat və diplomant adına layiq görülənlər oldu. Qusar rayonu UİM-nin müəllimi Bayramova Viktoriya “Fortepiano” nominasiyası üzrə laureat adını qazanmışdır. “Musiqi ədəbiyyatı” nominasiyası üzrə Şəki şəhəri 4 saylı UMM-nin müəllimi Abdulqədirova Nigar “Asəf Zeynallının həyat və yaradıcılığı” haqqında bəhs etmişdir. Digər diplomantlar – Qobustan, Quba, Şəki, Mingəçevirdən olan 5 iştirakçı “Solfecio və musiqi nəzəriyyəsi” nominasiyası, Şamaxı və Gəncə şəhərlərindən 2 iştirakçı “Simli alətlər” nominasıyası, Göyçay, Yevlax, Mingəçevirdən isə 4 nəfər “Xalq çalğı alətləri” nominasiyası üzrə diploma layiq görülmüşdülər. Müsabiqə nəticələrindən məlum olmuşdur ki, Azərbaycanın regionlarından iştirak edənlər arasında, ələlxüsus da “fortepiano” nominasiyası üzrə yüksək nailiyyət qazanmış musiqiçilər az sayda idi. Bu məqam əlbəttə ki, bizi düşündürməlidir və bu xoşa gəlməz halın aradan qaldırılması istiqamətində təxirəsalınmaz işlər görülməlidir. BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli qaliblərin təltif edilmə tədbirində bu problemin həlli yolları haqqında söhbət açaraq, Bakı Musiqi Akademiyasının müəllim və professorlarının regionlarımızla sıx əməkdaşlıq etməsi haqqında öz tövsiyyələrini verdi. Həmçinin o, öz çıxışında klassik musiqinin, istər Azərbaycan, istərsə də xarici olsun, regionlarda geniş təbliğ və düzgün tədris edilməsinin zəruri olduğunu da vurğuladı.

    Festival-müsabiqədə ifaçılıq sanətinə aid edilən açıq dərslərin videoyazıları geniş yer almışdır. Bu müsabiqənin keçirilməsi Azərbaycan ifaçılıq məktəbinin inkişafının qiymətləndirilməsinə, əyani şəkildə müəyyən təsəvvürün formalaşmasına çox böyük təkan vermişdir. İfaçılıq sənəti üzrə (fortepiano, nəfəs, simli, xalq çalğı alətləri və solo oxuma) festival-müsabiqədə cəmi 63 iştirakçı çıxış edirdi. Münsiflər heyətinin üzvləri BMA-nın prorektorları – professorlar Nərminə Quliyeva, Yeganə Axundova, dekanlar – Nəzakət Rimazi, Nəzmiyyə Abbaszadə, Azərbaycanın Xalq artistləri – Ramiz Quliyev, Xuraman Qasımova, BMA-nın müəllimləri Gülnarə Acalova, Afaq Rüstəmova, Elnarə Məmmədova, Aqil Qafulov, Gülbacı İmanova, Yusif Axundzadə, APİ-nin müəllimi – Minarə Dadaşova, məktəb-studiyanın müəllimləri – Ayşa Əliyeva, Ofeliya Axundova, Gülnarə Quliyeva, Milli Konservatoriyanın müəllimi – Elşən Mansurov, xarici ölkələrdən olan münsiflər – Mariya Kurqanova (Rusiya), Tatyana Svitova (Rusiya), Pərvin Muradova (ABŞ), Namiq Sultanov (ABŞ) Lidiya Fomenko (Başqırdıstan), Qüdrət Həsənzadə (Türkiyə) idi.

    “Fortepiano” nominasiyası üzrə laureat adına layiq görülənlər: Bulqakova Yuliya (Rusiya) “Çerninin etüdləri misalında fortepiano texnikası üzərində iş” adlı mövzusunu özünəməxsus metodikasıyla sərgiləmişdir. BMA-nın məktəb-studiyasının müəllimi – Nuranə Zeynalova “Azərbaycan fortepiano ifaçılığı metodikasında milli məqamlarla bağlı yeni meyarlar” mövzusunu təqdim edərək, bu gün ən vacib sayılan Azərbaycan məqamlarının tədrisi və öyrənilməsi məsələsinə toxunmuşdur və bir çox məsələlərə aydınlıq gətirməyi bacarmışdır. Digər laureatlar – Yuri Sayutkin (Türkiyə), Viktoriya Bayramova (Qusar), BMA-nın müəllimi Nigar Məlikova açıq dərsləri ilə yüksək nailiyyət qazanmışdılar. Diplomantlar arasında müsabiqəyə xüsusi diqqətlə yanaşan BMA-nın tələbələri də vardır. Onlardan Nüşabə Hacıyeva xüsusilə qeyd olunmalıdır. Onun təqdim etdiyi açıq dərsdə Baxın C-dur prelüd və fuqası (I cild) obraz və texniki cəhətdən geniş təhlil olunmuşdur və şagirdin diqqətinə uğurla çatdırılmışdır.

    6 iyul tarixində BMA-nın Böyük zalında keçirilən təntənəli tədbirdə rektor Fərhad Bədəlbəyli laureat və diplomantları təbrik etmiş və dəyərli düşüncələrini hər kəslə bölüşmüşdür. Həmçinin BMA-nın professorları Zümrüd Dadaşzadə, Elnarə Dadaşova, Milli Konservatoriyanın nəzdindəki Musiqi kollecinin müəllimi, musiqişünas Raya xanım Abbasova həmin tədbirdə ayrı-ayrılıqda çıxış edərək açıq dərslər barədə ətraflı məlumat verdilər. Onlar bütün iştirakçılara gələcək fəaliyyətlərində daha çox müasir dövrə uyğun metodik xüsusiyyət və üsullardan bəhrələnmələrini, eyni zamanda dahi Üzeyir bəyin bizə əmanət etdiyi Azərbaycan musiqisinin özəyi – məqam əsaslarının dərindən öyrənilməsini və şagirdlərə, tələbələrə aydın şəkildə ötürülməsini tövsiyyə etdilər.

    Nəticə olaraq qeyd etməliyik ki, Tərlan Seyidovun müəllifliyi ilə həyata keçirilən “Musiqiçilərin pedaqoji ustalığı” Beynəlxalq festival-müsabiqə Azərbaycan musiqi pedaqogikasının inkişafı yolunda atılan əhəmiyyətli addımlardan biridir və münsiflər – Zümrüd Dadaşzadə və Raya Abbasovanın da vurğuladıqları kimi, bu layihənin davamlı olması zəruridir.

     

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının

    Orta ixtisas musiqi məktəb-studiyasının böyük elmi işçisi

    Şəfəq HACIYEVA

    ИТОГИ ПЕРВОГО МЕЖДУНАРОДНОГО

    ФЕСТИВАЛЯ-КОНКУРСА

    «ПЕДАГОГИЧЕСКОЕ МАСТЕРСТВО МУЗЫКАНТОВ»

     

    Школа-студия Бакинской музыкальной академии имени Узеира Гаджибейли (БМА) за более четырёх десятилетий своего существования всегда отличалась своими инновациями. Эти нововведения касались не только учебного процесса, но и проводимых мероприятий – научно-исполнительских конкурсов, конференций и фестивалей, в которых принимали участие музыканты разных специальностей. На этот раз состоялось еще одно новшество – по проекту основателя и директора школы-студии Заслуженного деятеля искусств Азербайджанской Республики, доктора наук по искусствоведению, профессора Тарлана Сеидова был проведен по видеозаписям Первый Международный фестиваль-конкурс «Педагогическое мастерство музыкантов».

    Международный фестиваль-конкурс педагогов, посвящённый 100-летию Бакинской музыкальной академии и 40-летию Средней специальной музыкальной школы-студии БМА, организован при поддержке министерств образования и культуры.

    Организационный комитет и жюри возглавил ректор БМА, народный артист СССР и АР, профессор Фархад Бадалбейли.

    Основная цель проведения мероприятия – сближение и расширение связей между талантливыми музыкантами разных стран, взаимообмен передовым опытом, как местных, так и зарубежных педагогов.

    По условиям проводившихся раздельно фестивале, в котором принимали участие все учителя без возрастных ограничений, вне зависимости от стажа работы и имеющейся квалификационной категории, и конкурсе – для педагогов не старше 50 лет, каждому участнику следовало представить на Ютуб-канале видеозапись в форме открытого урока протяжённостью не более 30 минут.

    Номинации музыкальных дисциплин были следующие: «Фортепиано», «Струнные инструменты», «Духовые инструменты», «Сольное и хоровое пение», «Музыкальная литература», «Сольфеджио и Элементарная теория музыки», «Народные инструменты», «Музыкальная методика», «Педагогика».

    В конкурсе приняло участие свыше 120 музыкантов, а состав фестиваля охватывал 26 участников. Дипломами «Высшего педагогического мастерства» были награждены 6 педагогов, лауреатами стали 19, а дипломантами 41 участник.

    В проекте международного уровня участвовали такие страны, как Турция, США, Казахстан, Россия, Украина, Башкортостан. Среди участников были также наши соотечественники, известные музыканты, ныне работающие за рубежом: Намик Султанов (США, Сан-Хосе), Самир Мирзоев и Юрий Саюткин (Турция, Анталия), Тарана Тейлор (США, Хьюстон).

    Кроме того, большое количество участников подали заявки из 27 различных городских и региональных музыкальных школ и школ искусств Азербайджана, а также Бакинской музыкальной академии и Азербайджанской национальной консерватории. Приняли участие представители 18 городов и регионов Азербайджана – Баку, Сумгаит, Хырдалан, Агдам, Куба, Гусар, Ширван, Шамахы, Шеки, Ленкорань, Мингячевир, Саатлы, Евлах, Джебраил, Гобустан, Гёйчай, Гянджа, Гах.

    Выступления участников фестиваля-конкурса оценивало высокопрофессиональное жюри, в состав которого вошли: председатель Ф. Бадалбейли, сопредседатель, автор и руководитель проекта Т.Сеидов, проректора – Н.Гулиева и Е.Ахундова, деканы – Н.Аббасзаде, Н.Римази и Г.Махмудова, заведующие кафедрами – Х.Гасымова, Г.Иманова, Ю.Ахундзаде, Э.Мамедова, К.Насирова, Г.Аджалова, А.Рустамова, профессора З.Дадашзаде, Р.Гулиев и доцент А.Гафулов.

    Среди членов жюри были и ведущие педагоги школы-студии – А.Алиева, Р.Мамедова, Г.Гулиева, О.Ахундова. В жюри была приглашены также доцент АНК Э.Мансуров  и педагог музыкального колледжа Р.Аббасова.

    В состав жюри вошли и представители зарубежных стран – Н.Султанов и П.Мурадова-Дильбази (США), Л.Фоменко (Башкортостан), Т.Свитова и М.Курганова (Российская Федерация), Т.Керимова и Г.Гасанзаде (Турция), В.Войханская (Израиль), А.Сомов (Казахстан).

    Тематика выступлений была самой разнообразной: от творчества И.С.Баха до современности. Рассматривался не только творческий путь выдающихся композиторов, но был представлен структурный анализ произведений, конечно же, учитывались технические и исполнительские нюансы. В номинации же теоретических дисциплин были охвачены самые актуальные темы по сольфеджио и элементарной теории музыки.

    Некоторые участники выступили с циклом лекций. К примеру, пианист Самир Мирзоев представил очень интересные лекции, посвященные интерпретации современных музыкальных эффектов на фортепиано.

    Были очень яркие выступления как в виде лекций-вебинаров, так и открытых уроков с учениками, которые отметило и оценило жюри.

    Итак, суммируя все итоги, 6 июля 2022-го года в Большом зале Бакинской музыкальной академии состоялось торжественное вручение дипломов победителям. Председатель оргкомитета и жюри, ректор БМА, профессор Фархад Бадалбейли выступил со вступительной речью, поблагодарил организаторов мероприятия, поздравил всех участников с успешным завершением фестиваля и конкурса, отметил некоторые нюансы, на которые надо обращать внимание в педагогической практике, дал полезные советы и рекомендации, поделился своим опытом. Как всегда, поддерживая все начинания молодых музыкантов, он с большим удовольствием вручал дипломы лауреатам и дипломантам данного конкурса и фестиваля, разряжал обстановку забавной и в то же время поучительной речью, и тем самым как бы передавал всем свою позитивную энергию.

    Ряд деятелей музыкального образования разных стран награждён дипломами «Высшего педагогического мастерства» фестиваля. Среди них – Народная артистка Азербайджана, профессор Хураман Касимова. Её интересный мастер-класс по работе над репертуаром широкого стилевого диапазона, охватил вокальные произведения азербайджанской, русской и западноевропейской музыкальной классики. Преподаватель музыкальной школы № 35 имени Георгия Шароева Нушаба Кулиева (номинация «Музыкальная литература») представила три видеозаписи: первая – это урок по азербайджанской музыкальной литературе: «Кара Караев. Третья симфония»; второе видео касалось мировой музыки, здесь шел разговор о направлениях барокко и классицизма; третье видео – это руководство авторским проектом «Интеллектуальная игра: Секреты искусства и поэзии», проведённым в виде брейн-ринга с учениками музыкальной школы. С очень интересными уроками выступили видный педагог из Украины Анна Смехова («Развитие воображения на примере фотоискусства») и профессор Уфимского государственного института искусств им. З.Исмагилова Лидия Фоменко («Об особенностях преподавания на духовых инструментах на современном этапе»). К вершинным по художественному содержанию фортепианным произведениям музыкальной классики обратились проживающий и получивший широкую известность в США профессор Намик Султанов (Третий концерт С.Рахманинова и Соната № 32 Л.Бетховена) и доцент Анталийской консерватории Самир Мирзоев (трансцендентный этюд Ф.Листа «Мазепа»).

    В конкурсе, в отличие от фестиваля, приняли участие молодые и среднего (не старше 50-ти лет) возраста педагоги. Под руководством и с участием педагога Алматинского музыкального колледжа имени П.Чайковского Антона Сомова из этого учреждения было подано 11 заявок от студентов-практикантов по музыкально-теоретическим дисциплинам. Отрадно, что одна из тем Марии Игнатенко («Быть с веком наравне») была посвящена творчеству Кара Караева.

    Ряд открытых уроков, продемонстрированный пианистами – студентами кафедры «Методики и специальной педагогической подготовки» БМА с учениками школы-студии, также был наглядным примером активного участия в проекте студентов-практикантов.

    Среди победителей конкурса надо отметить доцентов Анталийской консерватории Юрия Саюткина и Бакинской музыкальной академии – Нигяр Меликову (посвятивших свои мастер-классы виртуозным фортепианным сочинениям русского композитора С.Рахманинова); преподавателей по классам духовых инструментов Амину Зульфугарову и доцента Анара Мамедова (БМА), Шарифа Багирова (Гимназия искусств при АНК); преподавателей школы-студии БМА – музыковедов Шафаг Гаджиеву, Айтен Ибрагимову, пианистку Нурану Зейналову и виолончелистку Таиру Мустафаеву.

    Выступающие на церемонии награждения видные музыкальные деятели Азербайджана – музыковеды Зумруд Дадашзаде и Рая Аббасова, композитор Эльнара Дадашева отметили кропотливый труд педагогов, поздравили победителей, поделились своими впечатлениями, ценными советами и рекомендациями, указывая правильное направление для дальнейшей успешной работы молодых педагогов.

    В свою очередь, хочу поблагодарить председателя I Международного фестиваля-конкурса «Педагогическое мастерство музыкантов» Фархада Бадалбейли, сопредседателя, автора и учредителя этого проекта Тарлана Сеидова за чуткое отношение к педагогам музыкальных дисциплин, поздравить победителей и пожелать всем дальнейших успехов.

    С итогами фестиваля и конкурса (вместе с видеозаписями выступлений участников) можно ознакомиться на главной странице официального сайта БМА: http://www.musicacademy.edu.az

     

    Айтен ИБРАГИМОВА

    Ответственный секретарь

     I Международного фестиваля-конкурса музыкантов-педагогов,

    замдиректора по научно-методической работе школы-студии БМА,

    доктор философии по искусствоведению