Əliyeva Aynur Əlixan qızı
Baş müəllim
Doğum yeri və tarixi: 1975-ci il Bakı şəhəri.
Təhsil: 1990-1994 - Asəf Zeynallı adına musiqi texnikumunun “Musiqi nəzəriyyəsi” fakültəsi ;
1995-99-cu illər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi Tarixi” fakültəsini Bakalavr (fərqlənmə),
1999-2001-ci ildə isə Magistr pilləsini fərqlənmə ilə bitirmişdir.
2013 - cü ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantura şöbəsinə daxil olmuşdur.
Pedoqoji fəaliyyəti: 2001-ci ildən bu günə qədər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasının müəllimi, 2013-cü ildən baş müəllimidir.
Elmi fəaliyyəti: “Bəstəkar Xəyyam Mirzəzadənin yaradıcılığında kino musiqisinin rolu” adlı sənətşünaslıq dissertasiyasını (elmi rəhbər: Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor G.Abdullazadə) 2018-ci ildə müdafiə edib. Müxtəlif toplularda yerli və xarici mətbuatda məqalələr çap etdirir; Respublika və Beynəlxalq konfransların iştirakçısıdır.