• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov


    Adilova Ayanda Adil qızı

    Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru

     Doğum yeri və tarixi: Azərbaycan, Bakı şəh., 27.11.1971.

    Təhsil: 1978-1989- cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbi, 1989-1994-cü illər Azərbaycan Dövlət Konservatoriyasının “Tarix-nəzəriyyə” fakültəsi.

     Pedaqoji fəaliyyəti: 1994-cü ildə Bakı Musiqi Akademiyasının nəzdində Məktəb-studiyasında müəlllim vəzifəsinə qəbul olmuş, 1999-cu ildə müsabiqə yolu ilə Bakı Musiqi Akademiyasının “Musiqi tarixi” kafedrasında fəaliyyətə başlayıb. 2005-ci ildə baş müəllim, 2008-ci ildə “Musiqi tarixi” kafedrasının dosent vəzifəsinə təyin olub.

    Elmi fəaliyyəti: 2004-cü ildə Ayanda Adilova “Nazim Hikmət Azərbaycan bəstəkarlarının yaradıcılığında” mövzusu üzrə namizədlik dissertasiyasını müdafiə edib.Müxtəlif toplularda yerli və xarici mətbuatda məqalələr çap etdirir;

    email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.; tel: 0502111618